Azərbaycan İdeyası

Azərbaycanlılar 1 milyard manat kredit ödədilər

Tarix:17-11-2015, 15:56
Baxış Sayı:409

[img=left]http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTUvMTEvMTcvMTUvNDUvMTkvNDU2L3Byb2JsZW1saSBrcmVkaXQuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM2UiXV0?sha=4d6450bb[/img]





DSK-nın son hesabatı.

2015-ci ilin yanvar-oktyabr aylarında əhalinin nominal gəlirləri 5,7% artaraq 33,5 milyard manata çatıb.

Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə 4,4% artaraq ölkənin istehlak bazarında qiymətlərin bahalaşmasını 0,7% bəndi üstələyib.

Hesabat dövründə gəlirlərin 76,3%-i son istehlaka, 9,3%-i vergilərin, sığorta və üzvlük haqlarının ödənilməsinə, 11,5%-i əmanətlərin və kapitalın artırılmasına, 2,9%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib.

Başqa sözlə, bu ilin 9 ayında 971,5 milyon manatı kreditlər üzrə faizlərin ödənilməsinə yönəlib.

Əhalinin sərəncamda qalan gəlirləri 30,4 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövründəkindən 5,7% çox olub.

“Bir ömrün sehirli ilmələri” adlı sərgi isə dünya şöhrətli sənətkar, xalçaçı rəssam dünyada ilk Xalça Muzeyinin yaradıcısı Lətif Kərimovu bir daha dərin hörmət və rəğbət hissi ilə anmaq, onun Azərbaycan xalçaçılıq sənətinə gətirdiyi yeniliklər və töhfələr haqqında geniş tamaşaçı kütləsini məlumatlandırmaqdır.

Azərbaycan xalça elminin banisi Lətif Kərimov uzun elmi və pedaqoji fəaliyyəti ərzində onun yolunu davam etdirən bir çox istedadlı sənətşünas yetişdirib. Bir çox gənc rəssamlar, xalçaçılar onun qoyduğu irsdən bəhrələnərək yeni-yeni sənət nümunələri yaratmaqdadırlar. Onlardan görkəmli xalçaçı - rəssamlar Məmmədhüseyn Hüseynov, Aydın Rəcəbov, Əlisəfa Nuriyev, Adil Məmmədov, Arif Nuriyev, Eldar Mikayılzadə, Mətanət Aslanova, Humayə Məmmədova çıxış edərək böyük alim haqqında ürək sözlərini bildiriblər.

Bu gün münasibəti ilə muzeyin ekspozisiyasında Lətif Kərimovun sənətindən bəhrələnən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin və Humanitar Kollecin məzunlarının işləri “Sənəti yaşadanlar” adlı sərgidə tələbələrin diplom işləri - xalçalar, xalça eskizləri nümayiş olunub. Burada həm həndəsi, həm nəbati elementlərin, yeni çalarların istifadə olunduğu bu əl işlərini ərsəyə gətirərkən gənc rəssamlar Lətif Kərimov irsindən bəhrələnib, ondan ilham alıblar.

Bunlardan əlavə burada gənc xalçaçı rəssamların “Azərbaycan Odlar yurdu”, “Məhəbbət əfasanəsi”, “Azərbaycan Prezidenti İlham Əliyev”, çərçivədə kiçik ölçülü xalçalar və eskizlər, “Xeyir və şər”, “Dəvə karvanı”,“Nar şəhəri”, “Naturimort”, “Bismillah”, “Zülfüqar qılıncı”, “Bayraqdan xəritə”, “Çərşənbə butaları”, “Atlı qız” və sair əsərləri sərgilənib. Gənclərin bu əsərlərində ənənəvi xalça kompozisiyalarına yeni nəfəs verilməsinin şahidi oluruq.
Tədbrin “Ustad dərsləri” hissəsində gənc xalçaçı-rəssamlarla 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reablitasiya Mərkəzinin tələbələri və toxuculuq sənətinə yiyələnən sağlamlıq imkanları məhdud uşaqlar arasında görüş keçirilib. Gənc rəssamlar uşaqlara və gənclərə bu sənətin incəliklərini ustad dərsləri ilə çatdırıblar.
“Dəyirmi masa”da respublikamızın tanınmış xalçaçı rəssamlar, xalça istehsalçıları və Rəssamlıq Akademiyasının müəllimləri ilə tələbələr arasında açıq söhbət aparılıb. Söhbət əsnasında gənclər ustadlar arasında milli irsimiz olan xalçanın bugünü, gələcəyi və problemləri müzakirə olundu, yetişən nəslin qədim sənətimizə marağının artırılması yolları aranıb.

Tədbirin sonunda qonaqlara Azərbaycan Respublikasının xalq artistləri Könül Xasıyeva, Gülyaz Məmmədova, əmkdar artistlər Fərqanə Qasımova, Teyyub Aslanovun, həmçinin gənc opera ifaçısı Gülşən İbadovanın və digər gənc müğənilərin ifasında konsert proqramı təqdim olunub.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı