Azərbaycan İdeyası

Cəzası bağışlanan keçmiş məhkum yenidən həbs edildi

Tarix:15-07-2026, 15:00
Baxış Sayı:6


Qubada cəzasının çəkilməmiş hissəsi bağışlanan keçmiş məhkum yenidən həbs edilib.

Oxu.Az-ın məlumatına görə, Quba rayon sakini 2001-ci il təvəllüdlü Aqil Əhmədov (adı və soyadı şərtidir) 2025-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb və məhkəmə qərarı ilə bir il azadlıqdan məhrum edilib. Bir neçə ay sonra o, "Konstitusiya və Suverenlik İli" münasibətilə elan edilən amnistiya aktı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Cəzadan azad edilən şəxs bir müddət əvvəl Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan "Makarov" tipli tapança aşkarlanıb.

Faktla bağlı yenidən cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə o, iki il müddətinə azadlıqdan məhrum edilib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı