Azərbaycan İdeyası

Nazirdən əfvlə bağlı Açıqlama

Tarix:20-11-2015, 13:56
Baxış Sayı:385

Nazirdən əfvlə bağlı Açıqlama




“Ölkəmizin sosial-iqtisadi inkişafı məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına da əsaslı təsir göstərib. Məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, onların yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkmələri məqsədilə respublikanın müxtəlif regionlarında müasir tipli penitensiar müəssisələr istifadəyə verilmişdir və bu sahədə islahatlar davam etdirilir”.
Bunu Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib. Onun sözlərinə görə, prezident İlham Əliyevin ötən bir ildə imzaladığı sərəncamlarla 190 nəfərədək şəxsin əfv olunması, bununla yanaşı, ictimaiyyətin geniş iştirakı, o cümlədən məhkumların valideynləri və yaxınları, hətta zərərçəkmişlər dəvət olunmaqla Ədliyyə Nazirliyi tərəfindən məhkumları vaxtından əvvəl azad etmə institutunun uğurla tətbiq edilməsi məhkumların sosial reabilitasiyasına böyük imkan yaratmış, insanlarda haqqa və ədalətə inamı artırıb. Bu institutun səmərəli və şəffaf tətbiqi nəticəsində bugünədək 4.200-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinmiş və məhkəmələrdə baxılmış həmin işlərdən 96 faizi müsbət həll edilib.
O, qeyd edib ki, məhkumlara yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi diqqətdə saxlanılıb, Azərbaycanın penitensiar sistemində vərəmə nəzarət fəaliyyəti Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun 61-ci sessiyasında region ölkələri üçün nümunəvi təcrübə kimi dəyərləndirilib. Bununla əlaqədar 15-ə yaxın dövlətin nümayəndələri Bakıya səfərlər edərək müsbət təcrübəmizdən bəhrələniblər.
Eyni zamanda, BQXK nümayəndələrinin azadlıqdan məhrumetmə yerlərinə maneəsiz baş çəkmələrinə səlahiyyət verən mövcud Sazişin qüvvədə olma müddətinin uzadılması haqqında Protokolun imzalanması məhkumların hüquqlarının təmin olunması sahəsində əməkdaşlığın genişləndirilməsinə əlavə təkan verib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı