Azərbaycan İdeyası

Ramiz Mehdiyev haradadır? – Kürəkənindən AÇIQLAMA

Tarix:12-05-2020, 12:51
Baxış Sayı:113



Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin ölümü ilə bağlı yayılan xəbərlərə akademikin kürəkəni, Milli Məclisin sabiq deputatı İlham Əliyev aydınlıq gətirib.
Korrupsiya-q.az Turkustan.info - ya istinadla xəbər verir ki, İlham Əliyev demokrat.az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar doğru deyil:
“Ramiz Mehdiyev Novruz bayramı günündən bəri Bakıda evindədir, karantin qaydalarının tələblərinə uyğun olaraq evdən bayıra çıxmayıb. Biz də onunla görüşmək istəyəndə yanına gedirik. Səhhəti normal və qaydasındadır. Artıq bir həftədir ki, işinin başına dönüb. Hazırda da Ramiz müəllim AMEA-da işinin başındadır”.
Sabiq deputat deyib ki, Ramiz Mehdiyevin Göyçayda dincəlməsi barədə yayılan məlumatlar da tamamilə yalandır:
“Ağsaqqal Novruz bayramı günündə Bakıda evində olub. Ağsaqqalın ad gününü Göyçayda keçirməsi barədə yayılan xəbərlər yalan idi. Ramiz müəllim ad gününü Bakıda övladlarının və nəvələrinin yanında keçirib. Həmin günü mən də yanında olmuşam. Axı onun Göyçayda nə işi vardı? Gedib Göyçayda nə edəcəkdi?”

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?