Azərbaycan İdeyası

Çox xoşbəxtəm ki, belə atam var`- Leyla Əliyeva

Tarix:24-12-2015, 10:16
Baxış Sayı:407

Çox xoşbəxtəm ki, belə atam var`- Leyla Əliyeva




Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva doğum günü münasibəti ilə atası, prezident İlham Əliyevi təbrik edib.
AzVision.az xəbər verir ki, təbrikdə qeyd edilir:
“Əziz Ata! Öz adımdan demək istəyirəm: çox xoşbəxtəm ki, mənim belə Atam var. Yəqin, hər bir insan özünə görə yaxşıdır, hər kəsin yaxşı keyfiyyətləri, nailiyyətləri, xidmətləri var. Lakin ən layiqli, yaxşı və alicənab keyfiyyətlər səndə toplanıb. Sənin ailənə qarşı sonsuz sevgin və qayğın bizə özümüzü daim daş divar arxasında, daim müdafiə olunmuş, sabahkı günə əminlik hissi ilə baxmağa imkan verir.
Sənin gördüyün işlər sayəsində gündən-günə çiçəklənən Azərbaycana hədsiz sadiqliyin çoxlarını heyran qoyur. Və bu gün dünyanın ən müxtəlif guşələrində yaşayan insanlar Bakının dünyada ən gözəl şəhər olduğunu etiraf edirlər. Sənin ədalətini həm yaxınların, həm də kənar insanlar öz üzərində hiss edir. Heç zaman yanlış hərəkət etməyə imkan verməyəcək alicənablığın hər kəsi heyran qoyur. Və əlbəttə, sənin ölkəni irəli apardığın cəsarət, qorxmazlıq, qətiyyət və gücünə dünyanın istənilən siyasətçisi həsəd apara bilərdi! Mən səni çox-çox sevirəm! Ad günün mübarək!” – deyə Leyla Əliyeva qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı