Azərbaycan İdeyası

Prezidentin uşaqlığı keçən ev –FOTOLAR

Tarix:24-12-2015, 12:44
Baxış Sayı:386

Prezidentin uşaqlığı keçən ev –FOTOLAR
Prezidentin uşaqlığı keçən ev –FOTOLAR
Prezidentin uşaqlığı keçən ev –FOTOLAR





80-ci illərdə Bilgəhdə KQB-nin pansionatı vardı. Biz hər yay ora köçərdik. Heydər Əliyevin ailəsi Pansionatın 3-cü mərtəbəsində qalırdı. Biz hər gün uşaqlarla birlikdə dənizin kənarında, voleybol, futbol oynayardıq...
Zərifə xanım Heydər Əliyevlə birlikdə hansısa tədbirlərdə olanda, uşaqları bizim evə gəlirdilər. Biz bir yerdə dərs oxuyur, gülüb-danışır, oynayırdıq.
Heydər Əliyev birinci katib olandan sonra da bir müddət bu binada qaldılar. Onlarla üzbəüz bir rus ailə yaşayırdı. Qadının adı Anya xala idi. Təhlükəsizlik məqsədilə Heydər Əliyev Anya xaladan xahiş etdi ki, mümkünsə, bir mərtəbə yuxarıya köçsünlər. Anya xala razılaşmadı. Heydər Əliyev sadəcə dedi ki, eybi yox, qoy, hər şey xanımın istədiyi kimi olsun və bir də heç vaxt bu məsələyə qayıtmadı. Zərifə xanım çox mədəni, sadə, alicənab, savadlı insan idi. Onlar uşaqları ilə nəfəs alırdılar, var-dövlətləri yalnız uşaqları idi. Övladlarının təhsililə çox maraqlanırdılar.
Onlar qapalı ailə deyildilər. Mənim bacılarımın toyunda Heydər Əliyev və Zərifə xanımın şəxsən iştirak ediblər. Biz onların ad günlərinə gedərdik. Zərifə xanım çox gözəl süfrə açardı, dolma, bozbaş və plov bişirərdi. O yeməklərin ətri hələ də burnumuzdan getməyib.
Zərifə xanımın anası Leyla xanım da çox gözəl və istiqanlı insan idi. Onlar Şüvəlanda bağda qalırdılar, amma tez-tez bura nəvələrini görməyə gəlirdilər. Həmişə bizə - uşaqlara deyirdi ki, “səhər tezdən durub, təmiz hava udun”.
Bu vaxt dövlət başçımızın digər keçmiş qonşusu Süleyman Xaliqov da söhbətə qoşulur:
- Biz binanın həyətində futbol oynayırdıq. Hərdən İlham da bizə qoşulurdu. Həyətin orta hissəsində balaca bir yer vardı, uşaqlarla ora toplaşıb, oyunlar oynayardıq. Binanın digər sakini İlqar Bünyadov dövlət başçımızın uşaqlıq dostu olduğunu deyir:
- Biz hamımız həmin vaxt çox balaca idik. Dörd dost idik, həmişə həyətdə bir yerdə oynayırdıq. İlham tez-tez bizi evlərinə çağırırdı. Rəhmətlik Heydər Əliyev istirahət günlərində bizi maşına mindirib, şəhəri gəzdirərdi.
Bir dəfə gözümə tikan batmışdı. Həmin vaxt Zərifə xanım göz klinikasında işləyirdi. O, məni özü ilə klinikaya apardı və gözümü müalicə etdi. Çox mehriban, gülərüz xanım idi. Onlar çox yaxşı qonşu idilər.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı