Azərbaycan İdeyası

Bəzi deputatlar prokurorlar üçün əlavələrə qarşı çıxırlar - AÇIQLAMA

Tarix:7-04-2021, 11:32
Baxış Sayı:79




Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov “Prokurorluq haqqında” qanuna təklif olunan dəyişikliyi şərh edib.

V.İskəndərov deyib ki, prokurorluq orqanlarında yenilənmələrin olması zərurəti təbii haldır.

“Təklif olunan dəyişikliklərdə prokurorluq orqanlarının işçilərinin maddi təminatının yaxşılaşdırılması nəzərdə tutulur”, - deyə deputat əlavə edib.

Qanunun 39-cu maddəsinə təklif edilən dəyişikliyə əsasən, prokurorluq işçilərinin sosial müdafiəsini və prokurorluq orqanlarının maddi-texniki bazasını gücləndirmək məqsədilə Baş Prokurorluğun xəzinə hesabına köçürülən vəsaitlərin həcmi genişləndirilir.

Layihəyə görə, cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi Baş Prokurorluğun hesabına köçürüləcək.

Həmçinin Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişin 5 faizi Respublika Prokurorluğunun xəzinəsinə keçəcək.

Bunlar yalnız prokurorluq orqanlarının apardığı istintaqlara aid edilir.

Eyni zamanda prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 23 faizinin Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülməsi təklif olunur.

V.İskəndərov qeyd edib ki, qanun layihəsi həm də stimullaşdırıcı xarakter daşıyır və bu, neqativ halların aradan qaldırılmasına yönəldilmiş məsələ kimi də qiymətləndirilməlidir.

“Beynəlxalq praktikada da belə təcrübə var. Mütərəqqi beynəlxalq təcrübələr ölkəmizdə də tətbiq olunur”, - deyə V.İskəndərov söyləyib.

Millət vəkili qeyd edib ki, bəzi həmkarları bunun yaxşı hal olmadığı qənaətindədir.

“Məsələn, təklif edirlər ki, prokurorluq orqanları əməkdaşlarının maaşları artırılsın. Əks mövqelərin olması təbiidir. Ancaq mən düşünürəm ki, təklif olunan dəyişikliklər mütərəqqidir. Sənəd prokurorluq orqanlarının maddi-texniki təminatının yaxşılaşdırılmasına və prokurorluq orqanlarında şəffaflığa dəstək verir”, - deyə V.İskəndərov fikrini yekunlaşdırıb.



Bəzi deputatlar prokurorlar üçün əlavələrə qarşı çıxırlar - AÇIQLAMA

OXŞAR XƏBƏRLƏR
HomeRenobib 25 may 2023 10:52
  Жалоба     
redoing kitchens Etobicoke Canada
https://pinterest.ca/homerenostoronto

i want to remodel my kitchen Mississauga Canada
kitchen renewal Scarborough Canada
in your home

bathroom tub restoration Vaughan Canada

building remodeling Thornhill Canada
kitchen home renovations Ontario Canada
renovate my bathroom Etobicoke Canada

<a href=https://www.pinterest.ca/homerenostoronto>bathroom remodelling Scarborough Canada</a>

new bathroom Etobicoke Canada
bathroom reconstruction Mississauga Canada
in your home Vaughan Canada


#eZ5OKAYrV5acqAeL7
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə-TƏBRİKNAMƏ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə-TƏBRİKNAMƏ
Avtobuslarda da bank kartı ilə ödəniş edəcəyik
Avtobuslarda da bank kartı ilə ödəniş edəcəyik
Mehdiyevi dövlətə xəyanətə sürükləyən 3-5 milyardlıq sərvəti – “Boz kardinal”ın istintaq sirləri
Mehdiyevi dövlətə xəyanətə sürükləyən 3-5 milyardlıq sərvəti – “Boz kardinal”ın istintaq sirləri
Bəkir Orucovla bağlı QƏRAR
Bəkir Orucovla bağlı QƏRAR
“Turan ordusu” Azərbaycana toplaşır - yeni güc mərkəzi
“Turan ordusu” Azərbaycana toplaşır - yeni güc mərkəzi
Azərbaycanda bu vəzifəli şəxslərə cinayət işi açıldı
Azərbaycanda bu vəzifəli şəxslərə cinayət işi açıldı
Laçında və Zəfər yürüşü keçirilir+FOTO!
Laçında və Zəfər yürüşü keçirilir+FOTO!
“Qarabağ”dan “Çelsi” ilə oyunda qələbə kimi heç-heçə - YENİLƏNİB
“Qarabağ”dan “Çelsi” ilə oyunda qələbə kimi heç-heçə - YENİLƏNİB