Azərbaycan İdeyası

Ramil Usubov: “Zəngəzurda quruculuq işləri bölgədəki erməni əhalisinə seçim üçün xüsusi imkan yaradır”

Tarix:18-04-2023, 10:15
Baxış Sayı:175

Ramil Usubov: “Zəngəzurda quruculuq işləri bölgədəki erməni əhalisinə seçim üçün xüsusi imkan yaradır”
“Azərbaycan Qarabağ məsələsini həll etməklə qlobal təhlükəsizliyə, onun beynəlxalq terrorizm, qanunsuz narkoticarət kimi ünsürlərinə qarşı mübarizəyə böyük töhfə verib və illərlə “dondurulmuş” sayılan bu kimi problemləri necə uğurla nizamlamağın mükəmməl nümunəsini yaradıb”.

Bunu Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.

“Bu faktlar göstərir ki, Azərbaycanın qazandığı Zəfərin qlobal əhəmiyyəti də yüksəkdir və beynəlxalq miqyasda inkişafa, sabitliyə töhfə verir.
Qarabağda məskunlaşan ermənilərin təhlükəsizliyinə Azərbaycan dəfələrlə rəsmi münasibət bildirib. Prezident İlham Əliyev hər zaman bəyan edir ki, ərazimizdə yaşayan erməni əhalinin yalnız təhlükəsizliyi deyil, məşğulluğu, sosial rifahı, bütün hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Onlar vətəndaşı olacaqları dövlətin - Azərbaycanın birmənalı himayəsində təminat alacaqlar. İmzalanacaq sülh müqaviləsi bu şəxslərə 30 ildən sonra, nəhayət ki, təhlükəsiz, normal, rahat həyat bəxş edəcək. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan əhatəli quruculuq, eləcə də tikinti işlərinin miqyası bölgədə yaşayan erməni əhalisinə seçim etmək üçün xüsusi imkan yaradır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahədə göstərdiyi dəstək, həyata keçirdiyi təşəbbüslər də xüsusi önəm daşıyır. Heydər Əliyev Fondunun köməyi ilə Qarabağ və Şərqi Zəngəzurda yaradılan, bərpa edilən möhtəşəm mədəni-mənəvi incilərimiz, sosial obyektlər həm də ulu öndərin əbədiyaşar ruhuna böyük ehtiramın nümunəsidir. Mehriban Əliyevanın müəllifi olduğu layihələr yenidən cənnətə çevriləcək bu bölgələrin həyatında böyük canlanma yaradacaq”, - R.Usubov vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı