Azərbaycan İdeyası

Pulsuz çimərliklərdə yay mövsümünə hazırlıq başa çatıb - SİYAHI + FOTO

Tarix:13-06-2023, 11:28
Baxış Sayı:290

Pulsuz çimərliklərdə yay mövsümünə hazırlıq başa çatıb - SİYAHI + FOTO
Qarşıdan gələn yay çimərlik mövsümü ilə əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin sahil kənarı ərazilərində yaradılan ictimai çimərliklərdə mövsümə hazırlıq işləri başa çatıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, artıq 5 ildir ki, Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Goradil və Pirşağı qəsəbələrində, Səbail rayonunda, Şıx çimərlik ərazisində - ümumilikdə 6 yerdə fəaliyyət göstərən bu çimərliklər şəhər sakinlərinin Leyla Əliyevaya müraciətlərindən sonra paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ olaraq yaradılıb. Burada yaradılan şərait və ən başlıcası isə pulsuz xidmət göstərilməsi Bakı sakinləri və şəhərimizin qonaqlarının böyük rəğbətini qazanıb.

Çimərlik mövsümü ərəfəsində ictimai çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılıb. Qış ərzində dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılıb, digər təmizlik işləri görülüb. Çimərlik ərazilərinə yeni qum qatı salınıb, buradakı inventarlar, günlüklər, söhbətgahlar, sanitariya qovşaqları və duşlar yoxlanılıb, qaydaya salınıb, cari təmir işləri, bir sıra yerlərinin rənglənməsi aparılıb. Bu çimərliklərdə avtomobillərin parklanması üçün nəzərdə tutulan meydançalar qaydaya salınıb.

Həmçinin Şıx və Sahil çimərliklərində əlillərin dənizdə çimməsinə kömək üçün dənizin içinə xüsusi beton zolaq çəkilib.
Eyni zamanda rəsmi çimərlik olmayan ərazilər də nəzarətdən kənarda qalmayıb, rayon icra hakimiyyətləri, kommunal xidmətlər bu ərazilərin təmizliyini nəzarətdə saxlayacaqlar. İctimai Çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, həmçinin tibb məntəqələri yaradılacaq.

Həmçinin Abşeron yarımadasının dənizsahili ərazilərində mövcud özəl çimərlik və istirahət mərkəzlərində də mövsümə hazırlıq işləri aparılıb, paytaxt sakinləri və şəhərimizin çoxsaylı qonaqlarının xoş istirahəti üçün lazımı şərait yaradılıb.

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA

Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb

ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?

KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır

Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO

Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama