Azərbaycan İdeyası

Vaşinqton İrana görə Tayvana 14 milyardlıq silah satışını dayandırdı

Tarix:22-05-2026, 12:00
Baxış Sayı:8


ABŞ İrana qarşı mümkün hərbi əməliyyatlarda istifadə ehtiyacını nəzərə alaraq, Tayvana 14 milyard dollar dəyərində silah tədarükünü müvəqqəti dayandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Konqresi Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə Hərbi Dəniz Qüvvələri naziri vəzifəsini icra edən Hanq Kao məlumat verib. Tayvana 14 milyard dollarlıq silah satışının ləngiməsi ilə bağlı sualı cavablandıran Kao qeyd edib ki, bu barədə sözügedən ölkənin nümayəndələri ilə danışmayıb.

"Lakin onlara müəyyən silahların satışını təmin etmişik. Hazırda isə "Epik qəzəb" əməliyyatı üçün kifayət qədər silahımızın olduğuna əmin olmaq məqsədilə tədarükü dayandırmışıq. Ehtiyatımız yetərlidir, sadəcə lazım olan hər şeyin əlimizdə olduğundan əmin olmaq istəyirik", - deyə o bildirib.

O, həmçinin qeyd edib ki, administrasiya zəruri hesab etdiyi vaxt xaricə silah tədarükü bərpa olunacaq.

Qeyd edək ki, ötən həftə Çinə baş tutan dövlət səfərinin yekunlarına əsasən, ABŞ prezidenti ÇXR lideri Si Cinpinlə Tayvana 14 milyard dollarlıq silahın mümkün tədarükünü müzakirə etdiyini, lakin bu müqavilə ilə bağlı hələ yekun qərar vermədiyini bildirib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?