Azərbaycan İdeyası

İlham Əliyev Omanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Tarix:17-07-2026, 13:00
Baxış Sayı:6

İlham Əliyev Omanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Oman Sultanlığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saif Raşid Saif Al Cahvarini qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı dost ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirərək, bir çox sahədə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyini deyib və tərəfdaşlığın möhkəmləndirməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Səfirə fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev onun ikitərəfli gündəliyin müxtəlif sahələri üzrə əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyinə ümidvarlığını bildirib.

Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edən Saif Raşid Saif Al Cahvari Oman Sultanı Heytəm bin Tariq Al Səidin salamlarını dövlətimizin başçısına çatdıraraq deyib ki, Oman Sultanı Prezident İlham Əliyevə möhkəm cansağlığı, ölkəmizə isə yeni uğurlar arzulayır.

Prezident İlham Əliyev xoş sözlərə və salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Oman Sultanına çatdırmağı xahiş edib.

Səfir bu günlərdə diplomatik münasibətlərimizin 35 illiyinin qeyd olunmasının önəmini vurğulayıb.

O, Leyla Əliyevanın bu ilin əvvəlində Omana səfərini xatırladaraq, həmin səfər zamanı keçirilmiş görüşlərin və aparılmış müzakirələrin əhəmiyyətinə toxunub, bütün bunların ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyini deyib.

Söhbət zamanı Azərbaycanla Oman arasında turizm sahəsində əməkdaşlıq qeyd edilib, birgə investisiya fondunun yaradıldığı bildirilib və gələcəkdə onun maliyyə imkanlarının artırılması perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
Milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Vilayət Eyvazov xaricdə təhsil alacaq polis kursantlarını qəbul edib
Vilayət Eyvazov xaricdə təhsil alacaq polis kursantlarını qəbul edib
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident icra başçısını vəzifəsindən azad etdi
Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44% olacaq"
Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44% olacaq"
Əli Əsədov: "Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır"
Əli Əsədov: "Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır"
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq