Azərbaycan İdeyası

Avropanın dördlər ittifaqından Bakıya dəstək

Tarix:4-11-2015, 12:43
Baxış Sayı:422

Xarici İşlər nazirinin müavini Xələf Xələfov Vişeqrad Qrupunun (Çex Respublikası, Polşa, Macarıstan və Slovakiya) siyasi direktorlarından ibarət olan nümayəndə heyətini qəbul edib.
"Korrupsiya və Qanun" qəzetinə istinadən XİN-dən Axar.az-a verilən məlumata görə, X.Xələfov görüş zamanı Vişeqrad Qrupunun Avropa İttifaqı çərçivəsində mühüm rola malik olduğunu və maraqlı təşəbbüslərlə çıxış etdiyini deyib. O, Şərq Tərəfdaşlığı təşəbbüsünün də Vişeqrad Qrupuna aid olduğunu xatırladıb. XİN rəsmisi qeyd edib ki, Avropa İttifaqı bir çox regional və beynəlxalq məsələlərdə vahid mövqedən çıxış etmək qabiliyyətinə malik bir qurumdur və bu baxımdan Avropa İttifaqı çərçivəsində Vişeqrad Qrupunun təşəbbüsləri vacib əhəmiyyət kəsb edir.
X.Xələfov Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ikitərəfli münasibətlərinin inkişafından danışaraq, bir sıra dövlətlərlə bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini diqqətə çatdırıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını deyən X.Xələfov bu əməkdaşlığın uğurla davam etdiriləcəyinə əmin olduğunu bildirib.
Vişeqrad Qrupunun nümayəndə heyəti tərəfindən Qrup çərçivəsində əməkdaşlıq və qarşıda duran layihələr haqqında məlumat verilib. Qrup çərçivəsində əməkdaşlıq və əlaqələndirmənin 25 ilə yaxın dövr ərzində uğurla davam etdirildiyi qeyd olunaraq, əlaqələrin dövlət və hökumət başçıları və sahəvi işçi qrupları səviyyəsində aparıldığı bildirilib.
Heyət üzvləri Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həllini dəstəklədiklərini vurğulayıblar. Vişeqrad Qrupu ölkələrinin Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirən qonaqlar, ölkəmizdən müsbət təəssüratla ayrıldıqlarını, Azərbaycanın mövqeyini və həssaslıqlarını anladıqlarını və bu mövqeyi Brüsseldə ifadə etmək üçün maksimum səy göstərəcəklərini qeyd ediblər. Avropa İttifaqının bəzi təsisatları tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlərin təəssüf doğurduğunu qeyd edərək, strateji baxımdan mühüm regionda yerləşən Azərbaycan ilə əlaqələrin inkişafına ümidvar olduqlarını bildiriblər.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Bakıda böyük təmizlik
Bakıda böyük təmizlik
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI