Azərbaycan İdeyası

Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyada Liderlik Məktəbi açılıb

Tarix:3-02-2017, 16:21
Baxış Sayı:487

 Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyada Liderlik Məktəbi açılıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) İvanovo şəhərində IV Qış Liderlik Məktəbi açılıb.
Korrupsiya və Qanun saytı AzerTac-a istinadən xəbər verir ki, Azərbaycan Gəncləri Günündə İvanovo Millətlər Evində RAGB-nin IV Qış Liderlik Məktəbi açılıb. Tədbir Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) İvanovo regional bölməsinin təşkilati dəstəyi ilə keçirilir.
Məktəbə gənc, perspektivli, istedadlı və yaradıcı insanlar toplaşıblar. Onlar 5 gün ərzində tematik treninqlərdə, ustad dərslərində, yarmarka-təqdimatlarda, habelə işgüzar və idman oyunlarında iştirak edəcəklər.
RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev Qış Məktəbini hərtərəfli dəstəklədiyinə və təşkilində iştirak etdiyinə görə vilayət rəhbərliyinə minnətdarlığını bildirərək deyib.
Gecə RAGB regional bölməsinin və İvanovo Millətlər Evinin yaradıcı qüvvələrinin konserti ilə başa çatıb.
Qeyd edək ki, RAGB Məktəbi gənclərə zəruri biliklərə yiyələnmək, fikir mübadiləsi aparmaq, öz ideya və layihələrini həyata keçirmək imkanı yaradan məkandır. Bu maarifləndirmə məktəbində gənc fəallar layihə hazırlamaq və öz ideyalarını ekspertlərə təqdim etmək vərdişlərinə yiyələnəcəklər.

 Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyada Liderlik Məktəbi açılıb
 Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyada Liderlik Məktəbi açılıb
 Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyada Liderlik Məktəbi açılıb

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı