Azərbaycan İdeyası

Ərəb şahzadəsinin ağlasığmaz həyatı - FOTOLAR

Tarix:24-06-2016, 18:57
Baxış Sayı:752

Ərəb şahzadəsinin ağlasığmaz həyatı - FOTOLAR
Müasir şahzadələrin vəliəhdlərinin həyatı əsl şərq nağılını xatırladır. Ən bahalı maşınları, ən dəbdəbəli yaxtaları və özəl təyyarələri birinci onlar alır. Belə varislərdən biri də 32 yaşlı şahzadə Şeyx Həmdandır. Həmdan bin Məhəmməd bin Rəşid şeyx Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri – Dubay şahzadəsidir. Dubay əmirliyinin şeyxini tez-tez Ələddinlə müqayisə edir və onu planetin ən qibtə ediləsi nişanlısı adlandırırlar.

Dubay şəhər şurasının sədri, Dubay Əmirliyi idman komitəsinin prezidenti, gənclər biznesinin dəstəklənməsi liqasının və Dubay autizm tədqiqatlar mərkəzinin fəxri himayədarı şeyx Həmdan hələ ki subaydır. Həmdan yalnız dövlət işlərində deyil, həm də xeyriyyə layihələrində iştirak edir və aztəminatlı ailələrin hüquqlarını qoruyur. Şeyx Həmdan misli görünməmiş var-dövlətə sahibdir (18 milyard). O, kral ailəsinə səciyyəvi olan ovçuluq, atçılıq və "Formula-1" yarışı ilə maraqlanır.

Publika.az bu şahzadənin həyatı haqqında maraqlı məlumatları təqdim edir:

Həmdan bin Məhəmməd bin Rəşid gözəl təhsilə malikdir. Dubay əmirinin oğlu boş vaxtlarında atası kimi şeirlər yazır. Onun şeirləri əsasən vətənpərvərlik mövzusundadır. O, şeirlərini Fazza ləqəbi ilə dərc etdirir. Bu söz sürət və uğur mənasında işlənir.

Şeyx Həmdan bin Məhəmməd əl-Məktum bin Rəşid aktiv instaqram istifadəçisidir. Sosial şəbəkədə dəbdəbəli həyatından kadrlar paylaşmağı sevən şahzadəyə çoxları həsəd aparır. Şahzadənin instaqram səhifəsini 4 milyondan çox insan izləyir. Həmdan foto sənəti ilə yaxından maraqlanır və tez-tez şəxsi səhifəsində şəkli düzgün və keyfiyyətli çəkməklə bağlı öz məsləhətlərini verir.

Əlahəzrət mahir at minicisidir. O, Asiya Olimpiya oyunlarında qızıl medal qazanıb. Ümumiyyətlə, ərəb şeyxi istənilən nəqliyyat vasitəsini almağa və istifadə etməyi özünə rəva görə bilər. Bu, xalis ərəb atı, dəvə, fil, velosiped, bahalı maşınlar, limuzin eləcə də reaktiv təyyarə və s. ola bilər. Dəvələrinə çox pullar xərcləyir. Şahzadə Avropada olanda isə daha çox velosipeddən istifadə edir.

O, ovçuluğa, ekstremal idman növlərinə xüsusi maraq göstərir. Şeyx Hamdan heç bir milyarderin cəsarəti etmədiyi idman növləri ilə məşğul olur. Buna hündürlükdən tullanma kimi təhlükəli idman növlərini misal göstərmək olar. Əlahəzrət dayvinq və serfinqi də çox sevir.

Xatırladaq ki, gənc şeyx bir neçə il əvvəl Azərbaycanda da olub. Ölkəmizə 10-15 nəfərlik qohum-dostları ilə birgə gələn şahzadə Bakıda bahalı otellərdən birində gecələmişdi. Paytaxtın görməli yerlərini gəzən Hamdan daha sonra dostları ilə birlikdə Hacıqabul rayonunun Qarasu və Muğan kəndlərində şahin və bəzgək quşları ovlamışdı. Dubay Şahzadəsi səfəri zamanı Qəbələdə də olub, kanatda gəzmişdi.

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA

Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb

ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?

KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır

Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO

Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama