Azərbaycan İdeyası

''Qardaşımın qatili gözümün qarşısında gəzir..'' - FOTO

Tarix:28-07-2016, 18:24
Baxış Sayı:391

''Qardaşımın qatili gözümün qarşısında gəzir..'' - FOTO
''Məhkəmə qardaşımın qatilini həbsdən açıb buraxdı. Qan düşmənimiz gözümüzün qabağlnda gəzir. Belə haqsızlıq olar?''. Bu fikirləri Criminal.az saytına açıqlamasında qardaşı döyülərək öldürülən Elman Əmrahov bildrib. Onun sözlərinə görə, Şəki Apellyasiya Məhkəməsi onların ailəsinə qarşı haqsızlıq edib:

''1970-ci ildə anadan olmuş qardaşım Azad Əmrahovu 2014-cü il avqustun 29-da Qax rayon Qaşqaçay kəndində Aydın Babayev başın daşa vuraraq öldürüb. Şəki Ağır Cinayətlər Məhkəməsi Aydın Babayevi Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə təqsirli bilərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il müddətinə azadlıqdan məhrum edib.

Biz məhkəməninn qərarı ilə razı idik. Lakin Şəki Apellyasiya Məhkəməsində hakim Həşimxan Şükürov Aydının cəzasını on iki ildən üç ilə endirdi. Cinayət Məcəlləsinin 120.1-ci maddəsini 124.1-ci maddəsinə tövsif edərək cəzasını məntəqə tipli müəssisədə çəklməsi barədə qərar çıxardı. Burdan aydın görünür ki, pula maraq var. Aydın da gəlib gözümüzün qabağında gəzir. Mən buna necə dözüm?''
''Qardaşımın qatili gözümün qarşısında gəzir..'' - FOTO
E.Əmrahov deyir ki, apellyasiya instansiyasının qərarından Ali Məhkəməyə müraciət elədim. Hakim Gülzar Rzayeva bu il yanvarın 26-da işə düzgün baxılması üçün yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytardı. Hakim Rövşən Rəfiyevi iyulun 12-də A.Babayev barəsində 3 il müddətinə verilmiş cəzanı qüvvədə saxladı. Axı bu nə dərəcədə düzgün olar ki, adam öldürənin cəzası 12 ildən 3 ilə endirilsin?

Criminal.az xatırladır ki, cinayət 2014-cü il avqustun 29-da axşam saatlarında rayonun Qaşqaçay kəndinin girəcəyindəki yeməkxanada baş verib. Aydın Babayevlə Azad Əmrahov birlikdə spirtli içki qəbul edərək yemək yeyiblər. Sonra isə onların arasında mübahisə yaranıb. İki həmkəndli arasında baş qaldıran mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Aydın Babayevin zərbələrinə dözə bilməyən Azad Əmrahov aldığı zərblərin gücündən hadisə yerində ölüb. Hadisəni törədən Aydın Babayev isə hadisə yerindən qaçıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı