Azərbaycan İdeyası

Bakıda şok "xidmət": İstədiyin oğlanı sənə bağlayıram, ayrılanları birləşdirirəm - FOTOLAR

Tarix:16-08-2016, 11:07
Baxış Sayı:485

Bakıda şok "xidmət": İstədiyin oğlanı sənə bağlayıram, ayrılanları birləşdirirəm - FOTOLAR
Sosial şəbəkələrdə fırıldaqçı falçıların sayı durmadan artır.

Əvvəllər falçılara küçələrdə və ya parklarda rast gəlirdiksə, indi onlar artıq sosial şəbəkələrə yol açıblar.

Belə fırıldaqçı falçılar özlərinə açdıqları profillərdə insanlara müxtəlif "xidmətlər” təqdim edirlər: Məsələn, "Cadugər Baxısı Ekstrasens Qəbulu” adlı istifadəçi hətta bir deyil, ikinci - "Elya Elya” adı ilə də "Facebook”da var:

1.Küsənləri barışdırıram
2.Ayrılanları birləşdirirəm
3.Sevənləri qovuşdururam
4.Uzaqda olanları qovuşdururam
5.Boşananları geri qaytarıram
6.İstədiyin oğlanı sənə bağlayıram
7.İstədiyin qızı sənə bağlayıram
8.Arzu olunmayan cütlükləri ayırıram
9.Arzu olunmayan sevgililəri ayırıram
10.Pis niyyətlə olunan caduları təmizləyirəm
11.Sizi ayırmaq istəyənləri pis günə qoyuram
12.Düşmənlərinizin yolunu bağlayıram
13.Bəxti bağlı olanların bəxtini açıram
14.Yolu bağlı olanların yolunu açıram
15.Səfərə çıxarkən uğur qazanmağınızı təmin edirəm
16.Başladığınız işlərdə uğur qazanmağınızı təmin edirəm
17.Qazanc və bərəkətinizin artmasını təmin edirəm
18.Sıxıntılarınızın aradan qalxmasını təmin edirəm
19.Sizə olan diqqət və qayğının artmasını təmin edirəm
20.Məhkəmə işlərinin sizin xeyrinizə həll olunmasını təmin edirəm
21.İmtahanlarda uğur qazanmağınızı təmin edirəm
22.Bütün problemlərə görə müraciət edə bilərsiniz

TƏBİİ Kİ, BİR AZ XƏRCİ OLACAQ.
Baxmaq 10 manat, Cadu minimum 50 manatdan başlayır.
Qiymət işə görə dəyişir. Əlaqə saxlamaq istəyənlər inbox-a yazsın. Dostluq atmağı da unutmayın. Onda mesajınız tez cavablanar.
Sizə də köməyim dəysə, şad olaram!
WhatsApp: (055) 777-78-36

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, indiki zəmanədə pullarını belə şəxslərə xərcləyənlər hələ də var. Halbuki falçıların bir bildiyi olsaydı, ilk növbədə özləri üçün çarə qılardılar. Necə deyərlər, "keçəl dərman bilsə, öz başına sürtər”... (baku.ws)

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib