Azərbaycan İdeyası

Amerikanın Azərbaycandakı məxfi missiyasının iştirakçısı məhkəmə qarşısında - FOTO

Tarix:15-09-2016, 11:07
Baxış Sayı:392

Amerikanın Azərbaycandakı məxfi missiyasının iştirakçısı məhkəmə qarşısında - FOTO
ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərinin federal məhkəməsi Milli Qvardiyanın Hərbi Hava Qüvvələrinin kapitanı Tomas Venableni dövlət vəsaitlərini mənimsəmək ittihamı ilə mühakimə edib. Virtualaz.org “The Sacramento Bee” qəzetinə istinadla xəbər verir ki, kapitan Tomas Venable 2000-ci illərin əvvəllərində Birləşmiş Ştatların bir sıra ölkələrdə, o cümlədən Azərbaycandakı məxfi hərbi missiyasının iştirakçısı olub.
Tomas Venable Prokurorluğun irəli sürdüyü ittihama əsasən Milli Qvardiyanın kapitanı 2008-ci ildə həqiqi hərbi xidmətdən buraxılandan sonra saxta sənədlərlə Kaliforniya Milli Qvardiyasından iki il ərzində 200 min dollara yaxın vəsaiti əmək haqqı, sosial ödəmə, ezamiyyət xərclərinin qarşılanması adı altında alaraq mənimsəyib. Həmin müddət ərzində o, San-Fransisko polis Departamentində tam iş günü qrafiki ilə işləyib.
Hazırda Kaliforniyada Uber xidmətində taksi sürücüsü işləyən kapitan Venable ona qarşı irəli sürülmüş ittihamlarla razılaşıb və peşiman olduğunu bildirib. Kapitan əmlakını sataraq dövlətə vurduğu zərərin 171 min dollarını qaytarıb. Məhkəmə onu bir il azadlıqdan məhrum etmə ilə cəzalandırıb. Keçmiş xidmət yoldaşları isə məhkəməyə müraciətlərində kapitanın Amerika qarşısında xidmətlərini nəzərə alaraq onun bağışlanmasını xahiş ediblər.

Xüsusi təyinatlı qüvvələrin keçmiş serjantı, Venable ilə Avropa, Yaxın Şərq və Afrikada xidmət etmiş Riçard MakKalla məhkəməyə yazdığı məktubda bildirib ki, o, misilsiz vətənpərvərdir və döyüşlərdə tayı-bərabəri olmayan cəsurluq nümayiş etdirib.
Serjant yazıb ki, Amerika xüsusi təyinatlı qüvvələrində kimsən soruşsalar kapitan Venablenin hansı şücaət sahibi olduğunu danışar. Venablenin vəkili Mark Rayhel isə bildirib ki, onun müdafiə etdiyi şəxs 2008-ci ildə həqiqi hərbi xidmətdən ayrılana qədər üst-üstə 1000 gün dünyanın bir çox ölkələrində, o cümlədən Əfqanıstanda, Bosniyada, Kosovoda, İraqda, Azərbaycanda, Mavritaniyada, Malidə, Liviyada, Efiopiyada, Somalidə və Filippində məxfi Amerika missiyalarının tərkibində birbaşa döyüşlərdə iştirak edib, yaxud bu missiyaların dəstəklənməsində iştirakçı olub.
Buna baxmayaraq ABŞ prokurorunun köməkçisi Andre Espinoza Venablenin hərbçi statusundan sui-istifadə edərək dövləti aldatdığını, döyüşçü adını ləkələdiyini və cinayətkar fəaliyyəti ilə bütün hərbi xidmətlərinin üstündən xətt çəkdiyini bildirib.

OXŞAR XƏBƏRLƏR
Peşə Bayramınız Mübarək-Azərbasycvan polsi! +FOTO!
Peşə Bayramınız Mübarək-Azərbasycvan polsi! +FOTO!
Azərbaycan Polisi 107 yaşında + VIDEO
Azərbaycan Polisi 107 yaşında + VIDEO
Təbrik Edirik!!! + FOTO!
Təbrik Edirik!!! + FOTO!
"Sputnik Azərbaycan"da saxlanılan iki nəfər binadan çıxarılıb - VİDEO
"Sputnik Azərbaycan"da saxlanılan iki nəfər binadan çıxarılıb - VİDEO
Müavinətlər artırılır, bu qərarlar qüvvəyə minir - İyulun 1-dən
Müavinətlər artırılır, bu qərarlar qüvvəyə minir - İyulun 1-dən
Sabahdan qohum evliliklərinə qadağa qoyulur
Sabahdan qohum evliliklərinə qadağa qoyulur
Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır
Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib