İgiltərədə plastikdən istehsal olunan su keçirməyən və cırılmayan 5 funt sterlinq istifadəyə verilib.
Axşam.az xaici KİV-ə istinadən xəbər verir ki, İngiltərə bu addımı kağız pulların tez sıradan çıxmasına görə atıb.
Hələlik sadəcə 5 funt sterlinqdə plastik metodu istifadə edən İngiltərənin digər pul vahidlərini də plastik edib-etməyəcəyi bilinmir. Lakin, bu addım uğurlu olarsa digər ölkələrdə də istifadə olunması gözlənilir.
Məlumata görə, plastik pullar cırılmayan və əzilməyən olsalar da, qatlanması biraz çətin olacaq.