Azərbaycan İdeyası

MTRŞ erotika və qəddarlıqla bağlı qərarını ləğv etdi

Tarix:7-02-2020, 12:43
Baxış Sayı:126



Fevralın 5-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
Bu barədə MTRŞ məlumat yayıb.
İclasda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun qəbul olunması ilə əlaqədar “Televiziya və radio yayımı haqqında” qanunda edilən dəyişikliklər müzakirə olunub.
“Televiziya və radio yayımı haqqında” qanunun 33-cü maddəsində edilən son dəyişikliyə əsasən, Milli Televiziya və Radio Şurasının 10 aprel 2015-ci ildə qəbul etdiyi "Yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar" hüquqi qüvvəsini itirdiyindən şuranın qərarı ilə ləğv olunub.
İclasda həmçinin, “TV Texservis” MMC-nin “ATV Plyus” MMC-yə birləşməsi ilə əlaqədar olaraq, Milli Televiziya və Radio Şurası tərəfindən “TV Texservis” MMC-yə verilmiş kabel şəbəkəsi yayımı üçün 18 mart 2016-cı il tarixli lisenziyanın və “TV Texservis” MMC-nin istifadəsinə ayrılmış efir yayım tezliklərinin onun hüquqi varisi olan “ATV Plyus” MMC-nin adına rəsmiləşdirilməsi barədə qərar qəbul edilib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı