Azərbaycan İdeyası

Leyla Əliyeva əsgərimizə şeir yazdı

Tarix:4-02-2021, 14:03
Baxış Sayı:513



Korrupsiya-q.az “Aydın yol”a istinadən Leyla Əliyevanın Azərbaycan əsgərinin ölümsüzlüyü haqqında qələmə aldığı şeirlərini təqdim edir.

Əsgər

Əsgər… Ədalətə tapınan insan.

Qəlbi Qələbənin eşqiylə yanar.

Əsgər… Ürəyində vətən vəfası,

Köksündə bir sükut çığırtısı var.

Güllə qabağında qırpılmaz gözü,

Günəşin önünü dağ kəsə bilməz!

Əsgər gözəl bilir: sevginin üzü

Həqiqət nurundan heç vədə dönməz.

Qorxusuz gözləri yırtar gecəni,

Alnına qırmızı kölgə salar dan…

Zülmətdən qorxmağı anlamaq olar,

Dərd odur, dərd odur Gündən qorxasan.

Eşidər Allahın pıçıltısını,

İlahi nəfəsdən gərilər sinə.

O, yalan içində batan dünyanın

Yükünü qaldırar çiyinlərinə.

Əsgər… Öz yurduna ilahi bir pay:

Doğulub müqəddəs gündə, saatda.

Zalımın bu nankor, bu kor kölgəsi

Əriyər qəlbinin işığı altda.

Gərər sinəsini şərə, şeytana,

Elin hər daşının həyanı olar.

Taleyi yazılmış açıq alnını

Söykər sərhəd boyu uzanan yola.

Sancılar bayraqtək yüksəkliklərə,

Günəşə qoşulub yanan çıraqdı.

Yeriyər, yer titrər ayağı altda,

And yeri vicdandı, and yeri haqdı.

Onun vətənindən müqəddəsi yox,

Onun dağlarından yoxdu ucası.

Düşür sümüyünə torpağın indi

Mətin addımların melodiyası.

Hər insan Allahın səsidir axı:

Nə qorxar qanından, nə can əsirgər.

Gözünün rəngində torpaq qarası,

Kürəyi vətənin hasarı əsgər.

***

Bombalar səs-səsə veriblər yenə,

Vətənin bağrından qan axır indi.

Düşmən gülləsinə tuş olan əsgər,

Yaran qəlbin qədər dərin, dərindi.

Ağlayır bir ata itirmiş uşaq,

Ağlayır göylərdə Günəş də bu gün.

Ellikcə savaşa hazırıq, Vətən,

O dərdli uşağın göz yaşı üçün.

Bir gün qayıdacaq yerinə hər şey,

Bir gün sevinəcək bu yurd, bu ocaq…

Ancaq o atanın isti qucağı

Bir də o uşağa açılmayacaq.

Elimiz qələbə sorağı gözlər:

Gözləri yoldadı, qulağı səsdə.

Analar əlini qoyub and içir

Oğul itkisinin ağrısı üstə.

Gün gələr, o zəfər xəbəri gələr,

Öpər igidlərin başdaşlarını.

Ata nisgiliylə qovrulan uşaq

Dəfn elər gözündə göz yaşlarını.

Belinizdə ağrılar var? Oynaq və bel ağrısı 5 günə keçir. Sadəcə... [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
TƏBRİK EDİRİK!
TƏBRİK EDİRİK!
Adil Əhmədov - 70
Adil Əhmədov - 70
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Vurduğu təsdiqlənməyən maddi ziyanı nə məqsədlə anasına ödətdirirdilər?
Vurduğu təsdiqlənməyən  maddi  ziyanı nə məqsədlə anasına ödətdirirdilər?