Azərbaycan İdeyası

Azərbaycan elminə AĞIR İTKİ: Məşhur Qara müəllim vəfat etdi

Tarix:8-10-2018, 16:24
Baxış Sayı:318

 Azərbaycan elminə AĞIR İTKİ: Məşhur Qara müəllim vəfat etdi

Azərbaycanın tanınmış alimi, biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Onurğalılar zoologiyası və bioekologiya kafedrasının müdiri Qara Mustafayev vəfat edib.Publika.az xəbər verir ki, Qara Mustafayev 25 dekabr 1931-ci ildə Kürdəmir rayonunda anadan olub. 1954-cü ildə ADU-nun biologiya fakültəsini bioloq-zooloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1954-1957-ci illərdə aspiranturada təhsil alıb. 1958-ci ildə elmlər namizədi (1958) və elmlər doktoru (1985) alimlik dərəcələrini və sonra professor elmi adını alıb. 1958-1960-cı illərdə AMEA-nın Zoologiya İnstitutunda elmi işçi, 1960-cı ildən indiyə qədər Bakı Dövlət Universitetinin Biologiya fakültəsində çalışıb.1992-ci ildən Onurğalılar zoologiyası və bioekologiya kafedrasının müdiri olub. Elmdə və təhsildəki xidmətlərinə görə 30-dan çox tərifnamə, medal, fəxri fərman, diplom və digər mükafat və qiymətli hədiyyələrlə təltif olunub, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçilib və "Şöhrət Ordeni"nə layiq görülüb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı