Azərbaycan İdeyası

200-dən çox incəsənət nümayəndəsi nazirə müraciət etdi

Tarix:18-02-2019, 15:47
Baxış Sayı:207

  200-dən çox incəsənət nümayəndəsi nazirə müraciət etdi

200-dən çox incəsənət nümayəndəsi nazirə müraciət etdiAzərbaycanın ilk müstəqil teatrı olan ADO maliyyə çətinliklərindən dolayı məkanını itirə bilər.
Sonxeber.az BAKU.WS-ə istinadən xəbər verir ki, yaranmış problemlə bağlı 200-dən çox incəsənət nümayəndəsi mədəniyyət naziri Əbülfəs Qarayevə açıq müraciət edib.
Bu barədə teatrın rəsmi səhifəsi məlumat yayıb. Müraciətdə bildirilir:
"Cənab Nazir! ADO Teatrı ölkəmizdə artıq 6 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində teatr, çoxlu sayda yerli və beynəlxalq layihələrdə uğurla iştirak edib. Hazırda isə, teatr Bakı şəhəri, Mirzəağa Əliyev küçəsi 245 ünvanında yerləşən məkanını itirmək təhlükəsi ilə üz-üzə qalıb, icarə haqqını ödəməkdə çətinlik çəkir.
ADO teatrının məkan probleminin həll olunması istiqamətində müvafiq addımlar atmağınızı sizdən xahiş edirik. Hesab edirik ki, adı çəkilən teatrın fəaliyyətinin davam etməsi – Azərbaycanın müasir mədəniyyətinin formalaşmasında müsbət rol oynayacaq".
Qeyd edək ki, müraciətə 211 şəxs qoşulub. Onların sırasında xalq artistləri Fəxrəddin Manafov, Ramiz Novruz, Afaq Bəşirqızı, Rəfael Dadaşov, Həmidə Ömərova, əməkdar artirlər Ayşad Məmmədov, Gülzar Qurbanova, Bəsti Cəfərova, müğənnilər Elnur Hüseynov, Diana Hacıyeva və başqa tanınmış şəxslər yer alıb.
Oynaq ağrılarını müalicə edən vasitə əczaçıları heyrətə gətirdi!

OXŞAR XƏBƏRLƏR
Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təsdiq edildi
Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təsdiq edildi
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır