Azərbaycan İdeyası

Azərbaycan mədəniyyətinə AĞIR İTKİ üz verib - FOTO

Tarix:1-08-2019, 11:16
Baxış Sayı:161


Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Korrupsiya-q.az xəbər verir ki, tanınmış teatrşünas, teatrşünas, Əməkdar mədəniyyət işçisi Kəmalə Cəfərzadə iyulun 31-də vəfat edib.
2018-ci ilin sonundan ağır xəstəliyə düçar olan teatrşünas ötən gün günorta saatlarında uzun sürən ağır xəstəlikdən sonra 69 yaşında həyatla vidalaşıb.
Kəmalə Cəfərzadə ilə vida mərasimi avqustun 1-də saat 12.00-da Təzəpir məscidində keçiriləcək.
Görkəmli yazıçımız Əzizə Cəfərzadə ocağının yadigarlarından biri olan Kəmalə Cəfərzadə 1950-ci ildə Şirvan (keçmiş Əli Bayraml) şəhərində anadan olub.
Xatırladaq ki, teatrşünas Kəmalə Məmməd qızı Cəfərzadə 5 avqust 1950-ci ildə Əli-Bayramlı rayonunda anadan olmuşdur.
1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatrşünaslıq" fakültəsini bitirmişdir. Bir müddət Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun Teatr və Kino şöbəsində, 1977-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının Nəşriyyat şöbəsində baş redaktor, Yaradıcılıq şöbəsinin baş mütəxəssisi, rəisi, sədrin köməkcisi işləmişdir, 1998-ci ildən məsul katib vəzifəsində calışıb.
K.Çəfərzadə dövri mətbuatda teatr sənətinin müxtəlif sahələrindən bəhs edən məqalə, resenziya və portret yazıları ilə cıxış edir. Onun "Teatrda gənç aktyor problemi", "Gülarə Rəsulova", "Zülfidə Babayeva", "Fırtınadan əvvəlki harmoniya" (M.Əlizadə ilə birlikdə), "Teatrşünas alimin son əsəri" (M.Əlizadə ilə birlikdə), "Bir aktrisa var Bakıda (Sofya Bəsirzadə)", "Həm teatrda, həm kinoda… (Nəçibə Məlikova)", "Hüseynağa Hacıbababəyov", "Heykəltəraş Nəcəf Salamov", "Fars teatr tamaşaları", "Hind teatr tamaşaları", "Balet barədə dialoq və dialoq iştirakcıları haqqında (Rəfiqə Axundova və Maqsud Məmmədov)", "Teatrın baş rəssamı (Əyyub Fətəliyev)", "Meyerxold və Azərbaycan teatrı", "Səhnədə kecən illər (Ulduz Rəfili)", "Respublikamızın yaşıdları – Raxil Ginzburq", "Həsənağa Turabov ücün elegiya", "Sevgi dolu ömür (Firəngiz Şərifova)" və sair yazılarını qeyd etmək olar.
Kəmalə Cəfərzadə bir sıra kitabların, o cümlədən Ə.Nemətzadənin "İsmayıl Dağıstanlı", Barat Şəkinskayanın "Xatirələrim", İ.Rəhimlinin "Kəsişən paralellər", "Bəşir Səfəroğlu", "Aktyora oxşamayan adam", Y.Əlioğlunun "Səhnə rampasının sehri", "Sənət cevrəsinin sakinləri", "Şuşa teatrı", Ə.Cəfərzadənin "Biz Cəfərzadələr" və s. kitabların redaktoru olmuşdur.
K.Cəfərzadə xarici ölkələrdə – Türkiyə, Rusiya və Qazaxıstanda kecirilən teatr festivallarında nümayəndə kimi iştirak etmişdir. K.Cəfərzadə Teatr Xadimləri İttifaqının kecirdiyi irimiqyaslı tədbirlərin: festivalların, yaradıçılıq tədbirlərinin, konfransların təşkilində fəal iştirak edib.Azərbaycan mədəniyyətinə AĞIR İTKİ üz verib - FOTO

OXŞAR XƏBƏRLƏR
Məktəblilərin payız tətili - istirahət, yoxsa yeni yüklənmə: Psixoloqdan VALİDEYNLƏRƏ ÇAĞIRIŞ
Məktəblilərin payız tətili - istirahət, yoxsa yeni yüklənmə: Psixoloqdan VALİDEYNLƏRƏ ÇAĞIRIŞ
“Univermaqda nə POS-terminal var, nə də çek verilir” - ŞİKAYƏT +FOTO
“Univermaqda nə POS-terminal var, nə də çek verilir” - ŞİKAYƏT +FOTO
Alyona Əliyeva paylaşım etdi - FOTO
Alyona Əliyeva paylaşım etdi - FOTO
ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir+VIDEO
ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir+VIDEO
Eks-nazir: “Elçibəy nazirliyi böldü, orta məktəbləri əlimdən aldı” - MÜSAHİBƏ
Eks-nazir: “Elçibəy nazirliyi böldü, orta məktəbləri əlimdən aldı”  - MÜSAHİBƏ
Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
Cari ildə qeyri-neft-qaz sektorunda 3.1 faiz artım qeydə alınıb
Cari ildə qeyri-neft-qaz sektorunda 3.1 faiz artım qeydə alınıb
Hərbi yük təyyarəsində həlak olan türkiyəli hərbçilərlə vida mərasimi keçirilir
Hərbi yük təyyarəsində həlak olan türkiyəli hərbçilərlə vida mərasimi keçirilir