Azərbaycan İdeyası

"Əxlaqsız insanla erməninin fərqi yoxdur" — Nadir Qafarzadə qalmaqallı açıqlamasına AYDINLIQ GƏTİRDİ

Tarix:26-08-2019, 15:02
Baxış Sayı:176


Müğənni Nadir Qafarzadə son günlər sosial mediada etirazlara səbəb olan "pis qadının başı kəsilməlidir" açıqlamasına aydınlıq gətirib.
Sənətçi "Ölkə.Az"-ın əməkdaşı ilə söhbətində bildirib ki, onu tənqid edənlər pis yola meylli insanlardır:
"Məndən soruşuldu ki, Türkiyədə bir qadın keçmiş həyat yoldaşı tərəfindən qətlə yetirilib, münasibətiniz necədir? Çünki mənim o hadisədən xəbərim yoxdur. Harda nəyin baş verdiyi marağımda deyil. Evimdə baş verənlərə cavabdehəm, öz işimlə məşğulam və kənardakılara görə cavabdeh deyiləm. Bu dəqiqə hamı öz probleminin ardınca qaçır. Yazırlar ki, can almaq Allaha məxsusdur. Mən də bu fikirlə razıyam. Əgər belədirsə, erməninin də canını almayaq. Sözümdə məntiq varmı? Mənə görə pozğun insanla erməninin arasında heç bir fərq yoxdur. Erməni torpaqlarımızı zəbt edib, pozğun insan da cəmiyyəti korlayır. Allahın verdiyi bədəni alver vasitəsinə çevirərək, Azərbaycan cəmiyyətini korlayan insanla erməninin fərqi yoxdur. Bizim gözəl ailələrimiz, yaxşı qızlarımız, gəlinlərimiz, oğlanlarımız var. Belələri həmin yaxşıların gələcəyi üçün təhlükə və ləkədirlər.
Mənim fikrimə qarşı çıxanlar pis yola meylli insanlardır. Deyirlər ki, it itin ayağını tapdalamaz. İstər qadın, istər kişi, əgər pozğundursa, bu, cəmiyyət üçün zəhərli ilan deməkdir".
N.Qafaradə bildirib ki, əxlaqında problem olan insanlar cəmiyyətdən təcrid edilməlidir:
"Belə insanları cəmiyyətdən xaric etmək etmək lazımdır. Öldürməkmi, ölkədən çıxartmaqmı, hansısa vasitəylə bu, olmalıdır. Əgər biz gözəl cəmiyyət qurmaq istəyiriksə, belə adamlarla bir yerdə yaşamamalıyıq. Elə adamlar yabanı bitkilərdi, harda gəldi yaşayırlar, harda olsa pozğunluq edirlər, yer, zaman anlayışları yoxdur. Şəxsən mən belələrinə görə ailəmlə şəhərə çıxmağa utanıram. Niyə mən belələrinə görə ev dustağı olmalıyam? Qadın adı ləkəni tez götürür. Çünki qadın adının məsuliyyəti də çox ağırdır və buna görə də qadın öz adını kişidən də çox qorumalıdır. Azərbaycan qadınının adı hər zaman uca olub".
Qeyd edək ki, N.Qafarzadənin Türkiyənin Kırıkkale bölgəsində 38 yaşlı Emine Bulutun keçmiş həyat yoldaşı tərəfindən dəhşətli şəklildə övladının gözü qarşısında öldürülməsinə münasibət bildirərkən səsləndirdiyi bu fikirlər etirazla qarşılanmışdı:
“Bu hadisə qeyrətsizlik səbəbindən baş veribsə, ərinin onun başını kəsməsi düzdür. Pis qadının başı kəsilməlidir. Əgər qadın pozğunluq edirsə, kişi ona dözməlidir? Mən dəqiq bilmirəm, o cinayətin baş vermə səbəbi nədir. Mən inanmıram ki, kişi başqa hansısa səbəbdən bunu etsin”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu tərəfindən Ə R İ Z Ə+FOTO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu tərəfindən Ə R İ Z Ə+FOTO
3 gün ardıcıl iş olmayacaq.
3 gün ardıcıl iş olmayacaq.
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
Azərbaycanın üç gəmisi heyətlə birgə girov götürülüb – Rəsmi
Azərbaycanın üç gəmisi heyətlə birgə girov götürülüb – Rəsmi
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Bakıda 10 yeni metro stansiyası tikiləcək – Prezident Açıqladı
Bakıda 10 yeni metro stansiyası tikiləcək – Prezident Açıqladı
Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?
Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?
Sabirabadda polisin “malaladığı” rəzalət: Xuliqanlığını ört-basdır etmək üçün on dörd yaşlı qızın adını dilə-dişə saldı
Sabirabadda polisin “malaladığı” rəzalət: Xuliqanlığını ört-basdır etmək üçün on dörd yaşlı qızın adını dilə-dişə saldı