Azərbaycan İdeyası

"Ürəyim istəyəndə bilet alıb erməninin yanına gedəcəm" - Xalq artistimizin qızı

Tarix:13-07-2016, 14:20
Baxış Sayı:8 191

"Ürəyim istəyəndə bilet alıb erməninin yanına gedəcəm" - Xalq artistimizin qızı
Bu günlərdə erməni stilisti ilə adı hallanan xalq artisti Ramiz Novruzun qızı, tanınmış stilist Şəfəq Novruzova yenidən ilginc açıqlamaları ilə ictimai qınağa tuş gəlib. Səbəb isə yenə də açıq-aşkar məşhur erməni stilisti Georgi Kota qarşı olan rəğbətini gizlətməməsi olub.

Belə ki, Şəfəq Novruzova aznews.az-a müsahibə verərək erməni olduğunu bildiyi halda Georgi Kotdan sevərək dərs almaq istədiyini, onun sənətini sevdiyini deyib: “Gizlətmədən deyirəm ki, mən onun sənətini sevirəm. Bizim üçün onlar düşməndir. Amma eyni zamanda, onlar da bizi düşmən sayır. Biz nə deyiriksə, onlar da elə deyir. Bütün bunlara baxmayaraq Kot həqiqətən də sənətkardır. Nə qədər nəfəsim var, ürəyim istəyəndə bilet alıb onun yanına gedəcəyəm. Onun əllərinə baxanda ilham alıram”.

Xatırladaq ki, xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruzova bu ilin aprel ayında ustad dərslər vermək üçün erməni stilisti Georgi Kotu Bakıya dəvət etsə də, sonradan ictimaiyyətin kəskin qınağı ilə onun gəlişini təxirə salmalı olmuşdu.

Stilist son müsahibəsində bu məsələyə də toxunub: “Aprel döyüşləri oldu. Şəhidlərin 3-ü aprelin 7-nə düşürdü. Həmin gün də Georgi Bakıya gəlməliydi. Nə yaxşı ki, əvvəlcədən bu dedi-qodunu görüb onun Bakıya olan səfərini təxirə salmışdım. Nə yaxşı ki, mənim bəzi həmkarlarım üstümə hücuma keçdi, adımı erməni ilə işbirliyində hallandırdılar. Onlar bilmədən mənim gözdən düşməyimin qarsısını aldılar. Özləri də bilmədən mənə kömək əli uzatdılar. Sağ olsunlar, onlar mənim xalqın gözündən daha da düşməyimə mane oldular. Çünki aprelin 7-i, şəhidlərin 3 mərasimində o, Bakıya gəlsəydi, bəlkə də məni yumurtaya tutardılar. Çünki həmin döyüşlərdə mənim də yaxınlarım şəhid oldu. Düşünürəm ki, mən yuxudan ayılıb onun Bakı səfərini təxirə salmasaydım, gözdən düşəcəkdim. Əgər belə bir hadisə baş versəydi özümün-özümə hörmətim azalardı. Paxıllığımı çəkənlərə təşəkkür edirəm. Onlar məni xalq qarşısında biabırçılıqdan qorudular”.

Lakin olayın üstündən iki ay keçməmiş Ş.Novruzova qismən də olsa öz arzusunu reallaşdıra bilmişdi. Belə ki, o, erməni stilistdən dərs almaq üçün rəhbərlik etdiyi və çalışdığı “Şəfa studio”nun bir neçə stilist əməkdaşlarını Soçiyə göndərmişdi. Bununla bağlı “Yeni Müsavat”da “Xalq artistinin qızının adı erməni stilist qalmaqalında” başlıqlı yazı da dərc olunmuşdu. Yazıda qeyd edilirdi ki, paytaxtın məşhur gözəllik salonları “Ambassade de LaBeaute” və “Şəfa studio”nun tanınmış stilistləri erməni stilistdən dərs alaraq, onunla birgə səmimi fotolarını fəxrlə sosial şəbəkələrdə paylaşıblar. Azərbaycanlı stilistlərin bu hərəkəti mətbuatda, sosial şəbəkələrdə böyük etiraz və narazılıqla qarşılandığından həmin fotoların əksəriyyəti sonradan silinmişdi.

Qalmaqalın yenidən yaranmasına səbəb isə Şəfəq Novruzovun məlum son müsahibəsində verdiyi ilginc açıqlamalar oldu.

Məsələ ilə əlaqədar stilistin atası, xalq artisti Ramiz Novruzovun mövqeyini öyrənmək istəsək də telefon zənglərimiz cavabsız qaldı.

Onu da əlavə edək ki, bəzi azərbaycanlı stilistlərin pərəstiş etdiyi erməni Georgi Kot 1984-cü ildə Abxaziyada anadan olub. O, anası Susanna Aqozyanın doğum günündə dünyaya gəlib. Atasına gəldikdə isə, Kot nədənsə atası haqda danışmaqdan həmişə yayınmağa çalışıb. Hətta internet resuslarında atası haqqında heç bir məlumat, informasiya yerləşdirməyib. Bəziləri onun atasının rus, bəziləri isə bolqar olduğunu bildirirlər. Araşdırmamızdan məlum olub ki, Kotun Soçidə rəhbərlik etdiyi “Fashion Studio”da bir-iki rusiyalı istisna olmaqla, demək olar ki, bütün heyət ermənilərdən ibarətdir. Hətta birinci köməkçisi, assistenti də erməni Anjelika Sarqyandır. Bəzi məlumatlara görə, Kotun yenicə evləndiyi xanımı da erməni qızıdır.
"Ürəyim istəyəndə bilet alıb erməninin yanına gedəcəm" - Xalq artistimizin qızı
"Ürəyim istəyəndə bilet alıb erməninin yanına gedəcəm" - Xalq artistimizin qızı
"Ürəyim istəyəndə bilet alıb erməninin yanına gedəcəm" - Xalq artistimizin qızı
"Ürəyim istəyəndə bilet alıb erməninin yanına gedəcəm" - Xalq artistimizin qızı
"Ürəyim istəyəndə bilet alıb erməninin yanına gedəcəm" - Xalq artistimizin qızı
"Ürəyim istəyəndə bilet alıb erməninin yanına gedəcəm" - Xalq artistimizin qızı

OXŞAR XƏBƏRLƏR
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
Nikahlarla bağlı YENİLİK
Nikahlarla bağlı YENİLİK