Azərbaycan İdeyası

Elton Hüseynəliyevdən telekanal rəhbərinə sərt sözlər: Qızları, gəlinləri... — VİDEO

Tarix:14-10-2019, 12:56
Baxış Sayı:118


Müğənni Elton Hüseynəliyev Mədəniyyət kanalının rəhbəri Ramil Qasımova qarşı iddialar səsləndirib.
Korrupsiya-q.az baku.ws-ə istinadən xəbər verir ki, sənətçi kanal rəhbərinə ictimai şəkildə müraciət ünvanlayıb:

"Mən nə qədər kəsilən, insanların yeyilən haqqlarında, kəsilən maaşlarından danışsam, uzun çəkər. Bunlardan cənab prezidentin xəbəri yoxdur, ona demirlər. Qızları, gəlinləri başqa şərtlərlə işə götürmək istəyirlər. Bir incəsənət insanları bunları bilirik, amma danışmağa qorxurlar. Bəlkə xofludurlar, ona görə... Şükür Allaha, biz Azərbaycana heç vaxt naxələf olmamışıq. Həmişə vətənə sadiq olmuşuq, bundan sonra da canımız fəda olsun.
Ey cavan gəlinlərin pulunu kəsib yeyən şərəfsizlər, güzgüyə baxanda heç utanırsız?! Kimin sponsoru var, puldan buraxır, onun pulunu yeyib-yatırsız, amma abırlı-həyalı, gözəl-göyçək Azərbaycan qızlarının-gəlinlərinin efirdə işləməsini, oxumasını əngəlləyirsiz. Xeyir ola?!"
E.Hüseynəliyev növbəti videoda R.Qasımovun adını çəkərək çox kəskin danışıb:
"Ramil Qasımov, sən mənim qrup yoldaşım olanda biz sənə sənətdə himayədarlıq etmişik. Sən həmişə şit olmusan, bu gün də şitsən. Sən Orxan Babazadədən pul alıb, Elza İbrahimovanın gecəsində oxutdurursan. Sənin nə ixtiyarın var? Sənin Mədəniyyət kanalının direktoru olmağın buna ixtiyar verir? Solistinlə bağlı imza atanda mənimlə rəsmi danışırsan, deyirsən ki, dövlət mənə post verib. Dövlət sənə post veribsə, sənin hünərin nədir o postdan çıxasan? Amma sən çıxırsan. Mənə isə vəzifə lazım deyil, mənə dövlətimin, xalqımın rifahı lazımdır. Mənə vəzifə lazım olsaydı, bilən bilir, Elton çox şeylərdən keçib, çox şeyləri məhv edib. Qəlbimdə pul-para, belə şeylər yoxdur. Sadəcə utanıram ki, bizim efirlərə ermənilər də baxır. Ayıbdır, çox ayıbdır!"
Elton son paylaşdığı videoda bu açıqlamaları fəxri ad almaq üçün deyil, haqqsızlığa dözmədiyi üçün etdiyini deyib:
"Mən xalqın müğənnisiyəm, efirlərə özümü reklam etmək üçün çıxmıram. Altı aydır efirlərdə yoxam, şükür Allaha, mən yenə də Elton Hüseynəliyev olaraq sevilirəm, dinlənirəm. Və mənim davam "Əməkdar artist" adı davası deyil. Heç mən dövlətimdən ad istəmirəm, mən neyləmişəm ki, fəxri ad da istəyim? Bir də ki, adı oxumağa görə vermirlər ki, adı əməyə görə, dövlət üçün çalışmağa görə verirlər. Mən haqq-ədalət istəyirəm!"


[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR - VİDEO
Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR - VİDEO
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO
BDU-nun tələbəsi qəzada öldü
BDU-nun tələbəsi qəzada öldü
Ötən gün Azərbaycanda 11 kiloqram narkotik tapılıb
Ötən gün Azərbaycanda 11 kiloqram narkotik tapılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Azərbaycanda hakim intihar etdi
Azərbaycanda hakim intihar etdi
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə