Azərbaycan İdeyası

Quba rayonunun hüquq-mühafizə orqanları hara baxır?

Tarix:1-08-2023, 15:25
Baxış Sayı:133

Quba rayonunun hüquq-mühafizə orqanları hara baxır?
Siyəzən rayonu Sədan kəndində qeydiyyatda olan, Quba şəhəri, H.Əliyev küçəsi, ev - 180, mənzil - 41 ünvanda yaşayan İsayev Talıb İbrahim oğlunun verdiyi məlumata görə, onunla eyni ünvanda yaşayan keçmiş həyat yoldaşı İsayeva (Abdullayeva) Aygül Natiq qızı ilə birgə nikahda olduqları vaxt əldə etdikləri yaşayış evindən Talıbı əşyaları ilə birlikdə küçəyə atmışdır. Bu işdə Aygülə qardaşı Abdullayev Elçin Natiq oğlu və digər ailə üzvləri kömək etmişlər.
İsayev Talıbın başına gətirilən bu müsibətlə əlaqədar Quba Rayon Polis İdarəsinə məlumat verilməsinin heç bir faydası olmamışdır. “Korrupsiya və Qanun” qəzetinin baş redaktoru X.Ə.Quliyeva İsayev Talıbın ərizəsinə əsasən Quba Rayon Polis İdarəsinin İstintaq bölməsinin rəisi Bəhruz Musayevlə telefon vasitəsi ilə əlaqə saxlayaraq, hadisə haqqında məlumat verdikdə, cavab olaraq bildirdi ki, “iş bizim nəzarətimizdədi,onu idarəyə çağıracağıq”. Halbuki, Talıbın verdiyi məlumata əsasən, heç kim ona zəng vurmamış, hər dəfə “iclas var” deyərək müxtəlif bəhanələr gətirərək onu heç kim çağırmayıb. Talıb da bununla əlaqədar DİN və DTX-nə teleqram vurub. Lakin ona qarşı törədilmiş bu cinayətlə əlaqədar heç bir hüquq - mühafizə orqanı tərəfindən hansısa bir tədbir görülməmişdir. Odur ki, Talıb redaksiyadan xahiş edir ki, başına gətirilən bu hadisə ictimailəşdirilsin,aidiyyatı dövlət orqanlarına göndərilsin və ona köməklik göstərilsin.
Etibarlı mənbələrdən redaksiyamıza daxil olan məlumata görə, 15-16 iyun tarixində Quba rayonunun Qaraçay kənd sakini Abdullayev Elçin Natiq oğlu əmisi oğlu Abdullayev Murad Zöhrab oğlunu öz maşını ilə qəsdən vurub. Sonradan yaxınlıqda olanların və polisin köməkliyi ilə Murad xəstəxanaya çatdırılıb. Polislərin yanında Abdullayev Elçin özü-özünə sinəsindən bıçaq zərbələri ilə xəsarət yetirib. Xəstəxanaya salınan Elçinin sinəsindən tikiş düşüb. Verilən məlumatlara görə, hadisəyə səbəb Elçinlə Muradın arasında yaranmış ailə-məişət problemi olmuşdur. Mənbənin verdiyi məlumata görə, Muradın səhhəti tez-tez dəyişdiyinə görə, onu Bakı şəhərinə xəstəxanaya göndəriblər. Quba rayon Polis İdarəsində hadisə ilə əlaqədar hazırda araşdırmalar aparılır.
Qəzetimizin baş reaktoru və təsisçisi Xuraman xanım Quliyeva Quba Rayon Polis İdarəsi ilə əlaqə saxlamış, idarənin İstintaq bölməsinin rəisi Bəhruz Musayev işin nəzarətdə olduğunu söyləmiş və vətəndaş İsayev Talıbın idarəyə gəlməsini və onunla əlaqə saxlamasının vacibliyinin deyildiyini, lakin İsayev Talıbın görüşdən yayındığını bildirmişdir.
İsayev Talıb nəinki öz yaşadığı evinə qayıda bilməmiş və hələ də keçmiş həyat yoldaşı Aygül və qohumları tərəfindən təhqir olunur, təqibə məruz qalıb.
Odur ki, İsayev Talıb redaksiyadan göstərdiyi faktları ictimailəşdirməyi və aidiyyatı qurumlara çatdırıb hüquqlarının bərpasında köməklik göstərilməsini xahiş etmişdir.
Bildiyimiz kimi, iyun ayının 30-u 20 Yanvar şəhidləri İlham və Fərizənin xatirəsinə ehtiram əlaməti olaraq “Sevgililər Günü” kimi qeyd olunur. Yəni, həmin gün sevənlər bir-birinə hədiyyə bağışlayır, küsülü olanlar barışır. Hətta sevib ayrılmış olanlar da heç olmasa, həmin gün bir-birini acılamamalıdırlar. Amma həyat Talıb İsayev kimi bəzilərinə qarşı çox qəddar, amansızdır. Redaksiyamıza yazdığı ərizəsində Talıb İsayev misallar çəkərək, faktlar sadalayaraq keçmiş həyat yoldaşının övladlarını ona göstərmədiyini, keçirdiyi yüngül həyat tərzi ilə, içki aludəçisi olmağı ilə onların tərbiyəsinə pis təsir göstərdiyini bildirmişdir.
Azər Alı

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı