Azərbaycan İdeyası

Banklar niyə kredit verəndə zaminə subsidiar məsuliyyət növünün mövcudluğunu bildirmirlər

Tarix:1-08-2023, 15:44
Baxış Sayı:196

Banklar niyə kredit verəndə zaminə subsidiar məsuliyyət növünün mövcudluğunu bildirmirlər
Qanunvericiliklə kreditin təminat üsullarından biri də zaminlikdir. Zaminlik öhdəliyinin yaranması üçün ilk öncə tərəflər arasında müvafiq yazılı formada bağlanmış zaminlik müqaviləsinin olması mütləqdir. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
Zaminlik müqaviləsi dedikdə, kreditorla zamin arasında bağlanan elə bir saziş başa düşülür ki, bu sazişə görə, zamin kreditor qarşısında, borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda, həmin öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün öz üzərinə əmlak məsuliyyəti götürür.
Zaminlik ilə yalnız pul məbləğinin ödənilməsi öhdəliyi deyil, həmçinin malın verilməsi, işin yerinə yetirilməsi, xidmətin göstərilməsi, borclu tərəfindən müəyyən hərəkətləri etməmək öhdəliyi təmin edilə bilər.
Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor (əlavə) xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Yəni, əsas (təmin olunan) öhdəliyin etibarsızlığı zaminliyin etibarsızlığına səbəb olur. Zaminlik müqaviləsinin etibarsızlığı isə, əksinə, əsas öhdəliyin etibarsız hesab edilməsinə dəlalət etmir.
Zaminlik – əvəzsiz müqavilədir və zaminin əsas borclunun öhdəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi müqabilində kreditor zamin qarşısında heç bir öhdəlik daşımır. Lakin qanunvericilikdə zaminin göstərdiyi xidmətə görə borcludan haqq almaq hüququ var. Əgər müqavilədə bu nəzərdə tutularsa onda zaminlik əvəzli olmuş olur.
Qobustan şəhəri, Tofiq İsmayılov küçəsi, ev – 63 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., Abay Kunanbayev küçəsi, ev – 26, mənzil – 41 ünvanda yaşayan Alıyev Azər Gülmalı oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək bildirmişdir ki, Kristal.tv.az” saytının və KristalTv kanalının təsisçisi kimi tanıdığı Quliyev Xəyal Sahib oğlu həyat yoldaşı Əsgərova Xumar İlham qızının adına 14 aprel 2022-ci il tarixdə onun həyat yoldaşı Alıyeva Nailə Ağa qızının və qohumu Səfərova Fövqiyyə Seydi qızının zaminliyi ilə İran Milli Bankının Bakı filialından 5000.00 (beş min) AZN məbləğində kredit götürüb. Hazırda həmin kreditin ödənişində 1070.00 (bir min yetmiş) AZN gecikdirilmiş borc yaranıb. Quliyev Xəyal kreditin ödənişini və gecikmənin olmayacağını öhdəsinə götürsə də, hazırda yaranmış borcun ödənişi ilə əlaqədar heç bir iş görmür, telefon zənglərinə cavab vermir. O üzdən bankla zaminlər arasında problem yaranıb.
Mülki qanunvericilik zamin duran şəxsin məsuliyyətinin iki növünü müəyyən edir: – Subsidiar məsuliyyət (ehtiyat, yardımçı); – Birgə məsuliyyət.
Subsidiar məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər.
Zaminliyin ikinci formasında isə ümumi qaydaya görə, borclu və zamin kreditor qarşısında birgə (solidar) məsuliyyət daşıyırlar. Kreditorun ixtiyarı var ki, o, öhdəliyin icrasını öz arzusu ilə həm borcludan, həm də zamindən tələb etsin. Bankların və kredit təşkilatlarının istifadə etdiyi zaminlik müqaviləsinin hamısı demək olar ki zaminin birgə məsuliyyətini nəzərdə tutur. Banklar borcgötürənə və zaminə subsidiar və solidar məsuliyyət növlərinin fərqini izah etmirlər. Bu fərqin izah edildiyi təqdirdə ola bilər ki, müştəri borc götürmək fikrindən daşınsın, yaxud, borclunun tanışı zamin durmaq istəməsin.

OXŞAR XƏBƏRLƏR
Bu gün cənab prezident İlham Əliyevin doğum günüdür!+FOTO!
Bu gün cənab prezident İlham Əliyevin doğum günüdür!+FOTO!
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası