Azərbaycan İdeyası

İranda 2 manata olan immunoqlobulin bizdə niyə 2000 manata satılır?

Tarix:1-08-2023, 16:42
Baxış Sayı:190

İranda 2 manata olan immunoqlobulin bizdə niyə 2000 manata satılır?
El arasında daha çox qaraciyər daşlaşması, bərkiməsi kimi tanınan sirroz qaraciyərin fibrozlaşması nəticəsində yaranan xroniki xəstəlikdir. Qaraciyərin bütün xroniki xəstəlikləri kimi, sirroz da gizli, səssiz formada inkişaf edərək zamanla qaraciyər çatışmazlığına gətirib çıxarır.
Hər hansı bir səbəbdən, məsələn, hepatit viruslarının təsiri ilə qaraciyərdə iltihablaşma yaranır. Zamanla hüceyrə ölümü artır və qaraciyər fibrozlaşmağa, yəni bərkiməyə başlayır. İlkin mərhələdə kompanse sirroz əmələ gəlir. Bu nədir? Virus və otoimmun hepatitlər, qaraciyər yağlanması, alkol, vilson xəstəliyi, sitomeqalovirus və digər infeksiyalar, alkol kimi xarici təsirlərə məruz qalan qaraciyər ilkin mərhələdə özünü bərpa etməyə çalışır və gücə düşdüyü üçün şişməyə başlayır. Bunu qaraciyərin ultrasəs müayinəsi zamanı müşahidə etmək olur. Lakin sirrozu yaradan səbəblər aradan qaldırılmazsa, müəyyən vaxt sonra qaraciyər tamam gücdən düşür, artıq özünü bərpa edə bilmir. Nəticədə xəstəlik daha da ağırlaşmış mərhələyə - dekompanse serroza keçir. Bu zaman qaraciyər tədricən yığılmağa, bərkiməyə başlayır.
İlkin mərhələdə, yəni kompanse sirroz zamanı qaraciyər funksiyasını tamamilə itirmir, özünü kənar təsirlərdən qorumağa çalışır. Lakin gücə düşdüyü üçün hüceyrə ölümü başlayır və orqan 3-5 sm ölçüdə böyüyür. Belə bir hal aşkar edilərsə, müalicə olunmaq zəruridir. Düzgün müalicə ilə sirrozu bu mərhələdə sağaltmaq mümkündür. Çünki hələ funksiyasını tamamilə itirməyib və özünü nisbətən bərpa edə bilir. Lakin pasiyent müalicə almazsa, xəstəlik daha da ağırlaşır, qaraciyər hüceyrələri fibroz toxuması ilə əvəz olunur, fibrozlaşma əmələ gəlir. Böyümüş qaraciyər bu dəfə yığılmağa başlayır ki, el arasında buna qaraciyərin daşlaşması deyilir.
Kompanse sirrozu müalicə ilə tamamilə sağaltmaq olur. Xəstəliyi yaradan səbəbləri aradan qaldıra biləriksə, uzunmüddətli müalicə ilə qaraciyəri tamamilə bərpa etmək mümkündür. Lakin xəstəliyin dekompanse mərhələsində buna nail ola bilmirik və qaraciyər funksiyasını tamamilə itirir. Nə qədər qaraciyəri dəstəkləyən müalicələr təyin edilsə də, xəstəliyi yaradan səbəbləri aradan qaldırıla bilinmədiyi üçün orqan özünü bərpa edə bilmir. Belə təqdirdə ən yaxşı halda pasiyent orqan nəqlinə yönəldilir. Lakin onu da qeyd edək ki, hər pasiyentdə də orqan nəqli mümkün deyil. Yaş, sosial vəziyyət, xərçəng faktoru kimi bir sıra səbəblərdən bəzi xəstələrə qaraciyər köçürülə bilmir. Belə pasiyentlərə, sadəcə, ömrünü uzada biləcək müalicələr təyin edilir.
Hepatit “B” virusu ilə bağlı qaraciyər serrozu və bununla əlaqədar orqan köçürülmüş xəstələr sırasından bir qrup vətəndaş – Məmmədova Təranə Sərdar qızı və qeyriləri (cəmi 16 imza) “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək bildirirlər ki, öz şəxsi vəsaitləri hesabına əldə etməli olduqları “İmmunoqlobulin” iynəsinin müəyyən səbəblərdən ölkəmizə idxalının dayandırılmasından şikayətləniblər. Bildirirlər ki, bu iynəni vurdurmasalar, virusun orqanizmdə aktivləşməsi ehtimalı çoxalır, o üzdən təhlükə altındadırlar.
“Öz vəsaitimiz hesabına o preparatı İrandan 300 manata, Türkiyədən 2000 manata tədarük edirdik. Lakin indi bu iynənin ölkəyə daxil olması dayandırılıb. Həmin iynəni pensiyamız hesabına, tanışların, qohumların köməkliyi ilə əldə edirdik. Dərmanların təcili əldə edilməsi və müalicəmizin davam etdirilməsi üçün bizə köməklik göstərilməsini xahiş edirik”.
İranda həmin dərmanın 1 tabletini dövlət öz xəstə vətəndaşına rəsmi üsulla bizim məzənnə ilə 1, 5 - 2 manata verir. Açıq aptek satışında isə 6400000 (altı milyon dörd yüz min) İran tüməni ödəməklə almaq olar.
Maraqlıdır, deyilmi? Üsuli-idarəsini bəyənmədiyimiz İran dövlətinin öz vətəndaşının sağlamlığının keşiyində necə dayanmasını bizim dərman möhtəkirlərinə “yaşıl işıq” yandıran hökumətimizlə heç müqayisə etmək olarmı? Tutq ki, Təbriz sabah inqilab edib Tehrandan ayrıldı, təbrizli də xəstə qaraciyəri ilə gəlib bir müddət Bakıda çadrasız gəzib-dolandı, arağı, konyakı aşkar şəraitdə içdi. Bəs sonra? İmmunoqlobulin axtaranda fərqi görməyəcəkmi?
Ətraflı aşağıdakı videoda:

Nailə Hümbətova [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycan əhalisinin sayı açıqlanıb
Zaqatalada leysan yağışları fəsadlar törədib: Çaylardan sel keçib
Zaqatalada leysan yağışları fəsadlar törədib: Çaylardan sel keçib
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”
Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”
2024-cü ilin yanvar-mart aylarında Goranboyda istehlak bazarı
2024-cü ilin yanvar-mart aylarında Goranboyda istehlak bazarı
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür