Qobustan rayonu, Qobustan şəhəri, T.İsmayılov – 63 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., Abay Kunanbayev – 26, mənzil – 41-də yaşayan, 57 yaşlı, ali təhsilli, iki övlad atası vətəndaş Alıyev Azər Gülmalı oğlu ərizə ilə “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək, vəkil Məmmədov Saqi Əhməd oğlundan şikayətlənmişdi. Həmin şikayət əsasında qəzetimizdə “Təqsirləndirilən şəxsi vəkillə təmin etməkdən imtina edən keçmiş hakim necən vicdanlı vəkil ola bilər?” sual başlıqlı məqalə dərc olunmuşdu.
Şikayətçi bildirirdi ki, 2018-ci ilin sentyabr-oktyabr aylarında ona borclu olan şəxslərin işləri ilə əlaqədar hüquq xidmətindən istifadə etdiyi vəkil Məmmədov Saqi Əhməd oğluna üst-üstə 6000 (altı min) pul verib. Saqi Məmmədov isə onun etibarından sui-istifadə edərək, əks tərəflərlə əlaqəyə girmiş, onun əleyhinə işləmişdir. Nəticədə Azərin işləri yerində qalmaqla, aidiyyəti olmayan borcun ona ödətdirilməsi səviyyəsinə gəlib çatıb.
Azər Aliyevin Saqi Məmmədovun bu qanunazidd hərəkətləri barədə 22.10.2021-ci il və 21.04.2022-ci il tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırova müraciət etmiş, ona Kollegiyanın cavabında bildirilmişdi ki, Saqi Məmmədov guya ondan müqavilədən kənar vəsait almayıb.
Xatırlatmışdıq ki, Saqi Məmmədov vaxtilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi olub. 2017-ci ildə fəaliyyətinə xitam verilib. İnternet resurslarında onun hakimlik fəaliyyətində yol verdiyi ədalətsizliklər barədə, xüsusən də imkansız şəxsləri dövlət hesabına vəkillə təmin etməkdən imtina etməsi haqda xeyli sayda neqativ informasiya mövcuddur.
Vəkillər Kollegiyasından həmin məqalə ilə əlaqədar redaksiyamıza göndərilən 19.07.2023-cü il tarixli 1268 saylı məktubda bildirilib ki, eyni məzmunlu müraciəti bundan əvvəl araşdırılan zaman o, şikayətdən imtina etmiş və bu barədə ona cavab verilmişdir. Məsələyə münasibət bildirərkən, Azər Aliyev növbəti müraciəti ilə redaksiyaya açıqlama verib: “Bəli, Saqi Məmmədov məndən təkidlə xahiş etdi ki, mənim pulumu 2021-ci ilin dekabr ayından 2022-ci ilin mart ayına kimi qaytaracaq, şikayətimi geri götürüm. Mən də ona inanıb ərizəmi geri götürdüm. Lakin, sonra Saqi Məmmədov mənim telefon nömrəmi bloka atdı. Bir daha mənə qarşı elədiyi dələduzluğu sübut etmiş oldu”.
11
İranda 2 manata olan immunoqlobulin bizdə niyə 2000 manata satılır?
El arasında daha çox qaraciyər daşlaşması, bərkiməsi kimi tanınan sirroz qaraciyərin fibrozlaşması nəticəsində yaranan xroniki xəstəlikdir. Qaraciyərin bütün xroniki xəstəlikləri kimi, sirroz da gizli, səssiz formada inkişaf edərək zamanla qaraciyər çatışmazlığına gətirib çıxarır.
Hər hansı bir səbəbdən, məsələn, hepatit viruslarının təsiri ilə qaraciyərdə iltihablaşma yaranır. Zamanla hüceyrə ölümü artır və qaraciyər fibrozlaşmağa, yəni bərkiməyə başlayır. İlkin mərhələdə kompanse sirroz əmələ gəlir. Bu nədir? Virus və otoimmun hepatitlər, qaraciyər yağlanması, alkol, vilson xəstəliyi, sitomeqalovirus və digər infeksiyalar, alkol kimi xarici təsirlərə məruz qalan qaraciyər ilkin mərhələdə özünü bərpa etməyə çalışır və gücə düşdüyü üçün şişməyə başlayır. Bunu qaraciyərin ultrasəs müayinəsi zamanı müşahidə etmək olur. Lakin sirrozu yaradan səbəblər aradan qaldırılmazsa, müəyyən vaxt sonra qaraciyər tamam gücdən düşür, artıq özünü bərpa edə bilmir. Nəticədə xəstəlik daha da ağırlaşmış mərhələyə - dekompanse serroza keçir. Bu zaman qaraciyər tədricən yığılmağa, bərkiməyə başlayır.
İlkin mərhələdə, yəni kompanse sirroz zamanı qaraciyər funksiyasını tamamilə itirmir, özünü kənar təsirlərdən qorumağa çalışır. Lakin gücə düşdüyü üçün hüceyrə ölümü başlayır və orqan 3-5 sm ölçüdə böyüyür. Belə bir hal aşkar edilərsə, müalicə olunmaq zəruridir. Düzgün müalicə ilə sirrozu bu mərhələdə sağaltmaq mümkündür. Çünki hələ funksiyasını tamamilə itirməyib və özünü nisbətən bərpa edə bilir. Lakin pasiyent müalicə almazsa, xəstəlik daha da ağırlaşır, qaraciyər hüceyrələri fibroz toxuması ilə əvəz olunur, fibrozlaşma əmələ gəlir. Böyümüş qaraciyər bu dəfə yığılmağa başlayır ki, el arasında buna qaraciyərin daşlaşması deyilir.
Kompanse sirrozu müalicə ilə tamamilə sağaltmaq olur. Xəstəliyi yaradan səbəbləri aradan qaldıra biləriksə, uzunmüddətli müalicə ilə qaraciyəri tamamilə bərpa etmək mümkündür. Lakin xəstəliyin dekompanse mərhələsində buna nail ola bilmirik və qaraciyər funksiyasını tamamilə itirir. Nə qədər qaraciyəri dəstəkləyən müalicələr təyin edilsə də, xəstəliyi yaradan səbəbləri aradan qaldırıla bilinmədiyi üçün orqan özünü bərpa edə bilmir. Belə təqdirdə ən yaxşı halda pasiyent orqan nəqlinə yönəldilir. Lakin onu da qeyd edək ki, hər pasiyentdə də orqan nəqli mümkün deyil. Yaş, sosial vəziyyət, xərçəng faktoru kimi bir sıra səbəblərdən bəzi xəstələrə qaraciyər köçürülə bilmir. Belə pasiyentlərə, sadəcə, ömrünü uzada biləcək müalicələr təyin edilir.
Hepatit “B” virusu ilə bağlı qaraciyər serrozu və bununla əlaqədar orqan köçürülmüş xəstələr sırasından bir qrup vətəndaş – Məmmədova Təranə Sərdar qızı və qeyriləri (cəmi 16 imza) “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək bildirirlər ki, öz şəxsi vəsaitləri hesabına əldə etməli olduqları “İmmunoqlobulin” iynəsinin müəyyən səbəblərdən ölkəmizə idxalının dayandırılmasından şikayətləniblər. Bildirirlər ki, bu iynəni vurdurmasalar, virusun orqanizmdə aktivləşməsi ehtimalı çoxalır, o üzdən təhlükə altındadırlar.
“Öz vəsaitimiz hesabına o preparatı İrandan 300 manata, Türkiyədən 2000 manata tədarük edirdik. Lakin indi bu iynənin ölkəyə daxil olması dayandırılıb. Həmin iynəni pensiyamız hesabına, tanışların, qohumların köməkliyi ilə əldə edirdik. Dərmanların təcili əldə edilməsi və müalicəmizin davam etdirilməsi üçün bizə köməklik göstərilməsini xahiş edirik”.
İranda həmin dərmanın 1 tabletini dövlət öz xəstə vətəndaşına rəsmi üsulla bizim məzənnə ilə 1, 5 - 2 manata verir. Açıq aptek satışında isə 6400000 (altı milyon dörd yüz min) İran tüməni ödəməklə almaq olar.
Maraqlıdır, deyilmi? Üsuli-idarəsini bəyənmədiyimiz İran dövlətinin öz vətəndaşının sağlamlığının keşiyində necə dayanmasını bizim dərman möhtəkirlərinə “yaşıl işıq” yandıran hökumətimizlə heç müqayisə etmək olarmı? Tutq ki, Təbriz sabah inqilab edib Tehrandan ayrıldı, təbrizli də xəstə qaraciyəri ilə gəlib bir müddət Bakıda çadrasız gəzib-dolandı, arağı, konyakı aşkar şəraitdə içdi. Bəs sonra? İmmunoqlobulin axtaranda fərqi görməyəcəkmi?