Azərbaycan İdeyası

“Əlizamin” dələduzluq dastanı və ya müasir Məcnunun üzəduran Leyliləri

Tarix:1-08-2023, 16:53
Baxış Sayı:349

Açıq internet resurslarında kredit ittifaqlarının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə yetərincə məlumatlara rast gəlinir. Bu sırada “Astara Kredit İttifaqı" MMC-nin, "İcraçı Kredit Agentliyi" MMC-nin, “İlkin Kredit İttifaqı” MMC-nin, ”AQROİNVEST” Kredit İttifaqının, "Tərəkəmə Kredit İttifaqı"nın adları öndədir. Zaman – zaman Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarı ilə bəzi kredit ittifaqları (Məs., "Arzu Kredit İttifaqı", "Azəriinvest Kredit İttifaqı", "Cənub Kredit İttifaqı", "Ceyhun Kredit İttifaqı", "Compass Kredit İttifaqı", "F.A.S. Kredit İttifaqı", "Həkəri Kredit İttifaqı", "Kredo-İnvest Kredit İttifaqı", "Real Kredit İttifaqı", "Tərəkəmə Kredit İttifaqı", "Tural Kredit İttifaqı", "Yardımlı Kredit İttifaqı" və s.) hesabatlıq qaydalarına riayət olunmaması, kənar auditin aparılmaması səbəbindən fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
Vətəndaşların mənafeyinə zərər vuran belə müəssisələrdən biri də “Əlizamin” Kredit İttifaqıdır. İttifaqın sədri Mecdun Allahverdi oğlu Dünyamalıyevin birinci qurbanı Alıyev Azər Gülmalı oğlu olub. Belə ki, onlar ümumi tanışları İnşallah adlı şəxsin vasitəsilə rastlaşıblar. M.Dünyamalıyev əvvəlcə kredit ittifaqını satmaq istəyini bildirib, A.Alıyev təşkilatı satın almağa razı olduqdan sonra birinci fikrini dəyişərək hələlik birlikdə işlətməyi təklif edib: Hələ ki, özü rəhbərlikdə qalacaq, nizamnamə kapitalına 6-7 ay əlavə vəsait yığılandan sonra Azər sədr olacaq.
Qobustan rayonu, Qobustan şəhəri, T.İsmayılov – 63 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., Abay Kunanbayev – 26, mənzil – 41-də yaşayan vətəndaş Alıyev Azər Gülmalı oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazdığı ərizədə bildirir ki, Mecduna şərik olmaq üçün 4000 (dörd min) manat pul verib. Sonra isə qohumlarından, dostlarından borc-xərc edib kredit ittifaqının kapitalını artırıb ki, ittifaqa kredit götürmək istədiyi Sahibkarlığın İnkişafına Yardım Fondunun və Mərkəzi Bankın tələbləri ödənilsin.
Lakin sonra məlum olub ki, M.Dünyamalıyevin A.Alıyevə satdığı kredit ittifaqı heç də ona məxsus deyilmiş, təkcə Azəri deyil, daha bir neçə vətəndaşı və dövləti də aldatmışdır. Belə ki, “Əlizamin” Kredit İttifaqının 19 nəfər təsisçisindən 10 nəfəri Mecdunla Azərin görüşünə qədər dünyasını dəyişmişdir. Daha 1 nəfər qadın isə “İnterpol”un axtarışındadır.
A.Alıyev qeyd edir ki, Mecdun onu Babaşov Qalib Cavanşir oğlu və daha üç nəfər qadınla tanış etmiş və bunu həmin qadınları gələcəkdə onun üzünə durğuzmaq niyyətilə üzünü tanısınlar deyə etmişdir. Nəticədə bu dələduzlar dəstəsi Azərə tələ quraraq, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin o vaxtkı müstəntiqi Valeh Quliyevlə əlbir olaraq üç il yarım müddətə həbs edilməsinə nail olmuşlar. Həbsdə olduğum müddətdə də, həbsdən çıxandan sonra da hüquq-mühafizə orqanlarına müraciət edərək, dələduzlar barəsində ölçü götürülməsinə nail olmaq istəmiş, lakin heç bir orqan onların haqqında təsirli tədbir görməmişdir: Mecdun və onun quldur dəstəsinin birgə fəaliyyəti nəticəsində mənə 1,5 milyon manat ziyan dəymişdir”.
Oxucularla irəliləyən görüşlərimizdə Azər Alıyevin qondarma “cinayət işi”ndə ittihamın və mühakimənin yol verdiyi boşluqları və ədalətsiuzlikləri təfərrüatları ilə çözməyə çalışacağıq.
Ətraflı aşağıdakı videoda:

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama