Azərbaycan İdeyası

Şəhidlik zirvəsi hər kəsə nəsib olmur

Tarix:13-10-2023, 12:48
Baxış Sayı:334

Şəhidlik zirvəsi hər kəsə nəsib olmur
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ömür yolu örnəkdir. Şəhidlik qəhrəmanlığın ən ali məqamıdır. Bu zirvəyə ucalmaq hər kəsə nəsib olmur. Yalnız məqsədləri, amalları uğrunda vuruşan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən, ləyaqətli, cəsarətli, vətənpərvər insanlar bu zirvəyə ucala bilərlər. Bu ali məqama, şəhidlik zirvəsinə yüksələnlər ölməzlik qazanırlar, elə İlkin Fərəcov kimi...

Belə bir deyim var: Deyirlər torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda vətən olur. Ürəyi, qəlbi vətən sevgisi ilə döyünən, birinci Qarabağ müharibəsində şərəfli döyüş yolu keçərkən şəhidlik zirvəsinə ucalan Şəhid İlkin Sahib oğlu Fərəcov da döyüş meydanında qanı ilə tarix yazan qəhrəmanlarımızdan oldu.

İstəkli oxucu! Mən bu yazımda sizlərə belə bir qəhrəmanın həyat hekayəsindən söhbət açacağam:

Qəhrəmanlıq salnaməsi yazan igid qəhrəmanlarımızı, hamı tanımalı və tanıtmalıyıq.

İlkin Sahib oğlu Fərəcov 1992-ci il aprelin 13-də Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Fərəcov İlkin Sahib oğlu Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlkin Fərəcov oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub. Bala Bəhmənlidə dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Fərəcov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Xocavənd və Füzuli rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Fərəcov ölümündən sonra "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Hər il şəhid Fərəcov İlkin Sahib oğlunun doğum və anım günlərində şəhidin ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, məktəb kollektivi, döyüş yoldaşları, qazilər, veteranlar, kənd sakinləri iştirak edirlər. Anım mərasimində çıxış edənlər İlkinin keçdiyi şərəfli ömür yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açırlar. Xatırlanır ki, İlkin Fərəcov hələ orta məktəb vaxtından vətənpərvərliyi ilə seçilib və gələcəkdə hərbçi olmaq arzusu ilə yaşayıb. Həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanan İlkin xidməti zamanı nizam-intizamı ilə seçilib. Tərxis olunduqdan sonra bir müddət mülki işdə çalışıb. İlkin 2016-cı il Aprel döyüşlərindən sonra ordu sıralarına qayıtmağa qərar verib və 2017-ci ildən hərbi xidmətə başlayaraq Vətənin keşiyində dayanıb.

Şəhidlik şərəf, qeyrət, ucalıq zirvəsidir. Vətənimiz Azərbaycanın bütövlüyü uğrunda şəhadət kəfəninə bürünüb şəhidlik zirvəsinə ucalan oğullarımıza borcluyuq. Şəhid qanları ilə suvarılan vətənin hər qarışı müqəddəsdir, hər birinin döyüş yolu bir tarixdir. Vətən müharibəsində qəhrəmanlıq tarixinin yazılmasında Ələsgər Şükürovun imzasının olmasi da məhz bu sevgiyə bağlıdır. Vətən sevgisi, torpaq sevgisi.

Adı Azərbaycan xalqının yaddaşına əbədi həkk olan Şəhid Ələsgər Fərrux oğlu Şükürov ölümü ilə əbədilik qazanan şəhidlərimizdən oldu. Şəhidlik zirvəsi hər kəsə nəsib olmur. Bu zirvəyə çatmaq qəhrəmanlıq, igidlik, qorxmazlıq tələb edir. Hamının sevimlisi olan Ələsgər müəllim öz mərdliyi, vətənpərvərliyi, ana torpağa olan sevdası ilə seçilirdi. Bu sevgi onu Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi yazan bir igidinə çevirdi. Birinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən atılan atəş nəticəsində şəhidlik zirvəsinə ucalan Ələsgər Şükürov səmimiliyi, mərdliyi, vətənpərvərliyi ilə tək ailəsinin, doğmalarının, çalışdığı müəllim kollektivinin yox, bütün xalqın yaddaşında özünə əbədi yer elədi. Döyüş meydanında göstərdiyi sücaəti ilə on milyonun urəyində taxt quran şəhidimizin ən böyük arzusu torpaqlarımızı, Kəlbəcərin işğaldan azad olunmasını gormək idi.

Amma qismətinə Vətən yolunda Şəhid olmaq yazıldı. Şəhidlik müqəddəs amal uğrunda həyatını qurban verməkdir. Vətən üçün canını hər an qurban verməyə hazır olan gənclər üçün vətən, torpaq, el-oba, şərəf, ləyaqət kimi anlayışlar müqəddəsdir, toxunulmazdır.

Müqəddəs dinimizə görə də insanın ucala biləcəyi ən yüksək mərtəbələrdən biridir şəhidlik. Bu gün bizim hər birimiz şəhidlərimizin qanı ilə yuyulan torpaqda yaşayırıq. Bu gün bu torpaqlarda sərbəst şəkildə hərəkət edib, xoşbəxt, firavan yaşayırıqsa, bunun üçün ölümün gözünə dik baxan, vətənin bütövlüyü və xoş gələcəyi üçün canından, qanından keçmiş şəhidlərimizə borcluyuq.

Baş redaktor:
Xuraman Əhlimaqızı

Şəhidlik zirvəsi hər kəsə nəsib olmur
Şəhidlik zirvəsi hər kəsə nəsib olmur

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…