Azərbaycan İdeyası

Şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir-FOTO

Tarix:27-04-2023, 10:36
Baxış Sayı:171

Şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir-FOTO
Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı,onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Torpaqlarımızın qorunması,vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur.
Bu gün söhbət açacağımız şəhid İsmayılzadə Zaur Nizami oğlu 29 iyul 1995 - ci ildə Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olub. Hərbçi ailəsində böyüdüyü üçün Cəlilabad rayonunun Göytəpə qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə yaşamışdır. 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Vüqar Mürsəlovun adını daşıyan tam orta məktəbin 1-ci sinfinə getmiş, 2012- ci ildə həmin məktəbi bitirmişdir.
2013-2015 -ci illərdə Sərhəd Qoşunlarında müddətli hərbi xidmət etmişdir. 2015-2017 - ci illərdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında "gizir" rütbəsi ilə xidmətini davam etmişdir.
Zaur vətənini çox sevirdi. 25 yaşı vardı, subay idi.
Zaurun 6 yaşında da dostu var idi, 70 yaşında da. Uşaqları çox sevirdi. Bir talassemiyalı xəstə qız uşağına qan verirdi. Anası ona deyəndə ki, “bir dəfə verdin,bəsdir”, deyirdi “başqa cür kömək edə bilmirəm, heç olmasa bu cür kömək edim”.
Tovuz döyüşlərində ayaqlarını itirmiş qaziyə əlil arabası alıb vermişdi.
Zaur Mübariz İbrahimovu özünə ideal seçmişdi.
Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Zaur Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında hərbi qulluqçu olaraq savaşmışdır. O, döyüş gedişatında ağır yaralanmış, səhhətində problemlər yarandığı üçün 2017-ci ildə ordudan tərxis olunmuşdur. Polad Həşimov vurulandan sonra ehtiyatda olan hərbi qulluqçu kimi döyüşə getməkçün müraciət etmişdir.
27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlamış və 29 sentyabr 2020-ci ildə ordu sıralarına qatılmışdır.
Zaur İsmayılzadə oktyabrın 7-də Füzuli rayonu istiqamətində döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı həlak olmuş, Lənkəran rayonunda dəfn edilmişdir.
Məkanı cənnət, ruhu şad olsun. Amin!
Xatırladaq ki, şəhid Zaur İsmayılzadə Qarabağ qazisi Hüseynova Sevil Talıb qızının oğludur. Şəhid anası ürək ağrısı ilə xatırlayır ki, Zaurun nəşini səhvən Hacıqabul rayonunda dəfn edibmişlər, o isə oğlunu xəstəxanalarda axtarırmış. Üç gün sonra zəng vurub Zaurun şəhid olduğunu xəbər veriblər.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Zaur İsmayılzadə ölümündən sonra -"Vətən uğrunda","Cəsur döyüşçü","Şuşanın azad olinmasına görə","Füzulinin azad olunmasına görə"medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə"ordeni ilə təltif olunub.
Şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir-FOTO

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…