Bildiyimiz kimi, bu günlərdə Azərbaycan Milli Məclisində uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması məqsədilə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Bu təklif valideynlərin və ya digər qanuni nümayəndələrin uşaqlarına qarşı fiziki zorakılıq tətbiq etməsinə görə yeni cəza mexanizmlərinin tətbiqini nəzərdə tutur.
Qanun layihəsi, xüsusilə, uşaqların tərbiyəsi zamanı fiziki cəza metodlarından istifadə edən şəxslərə qarşı daha sərt inzibati məsuliyyət müəyyən edir. Bu addım, uşaq hüquqlarının müdafiəsini gücləndirmək və cəmiyyətdə uşaqlara qarşı zorakılıqla bağlı tolerantlığa son qoymaq məqsədi daşıyır.
Müzakirə olunan dəyişikliklərə əsasən, uşaqlarına əl qaldıran və ya onlara qarşı digər fiziki zorakılıq tətbiq edən valideynlər və ya qanuni nümayəndələr müəyyən edilmiş cərimələr və ya inzibati həbslə üzləşə bilərlər. Bu cərimələrin məbləği və həbs müddəti qanunvericilikdə dəqiqləşdiriləcək.
Qanun layihəsi həmçinin, uşaqların fiziki və psixoloji sağlamlığının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bir daha təsdiqləyir. Tərbiyə prosesində zorakılığın yolverilməzliyi ilə bağlı ictimai maarifləndirmənin artırılması da bu dəyişikliklərin əsas hədəflərindən biridir.
Deputatlar layihənin uşaqların daha təhlükəsiz və sağlam mühitdə böyüməsinə töhfə verəcəyini vurğulayıblar. Müzakirələr zamanı bəzi deputatlar cəzaların yalnız inzibati xarakter daşımaması, həm də psixoloji dəstək və reabilitasiya proqramlarının da təklif olunmasının vacibliyini qeyd ediblər.
Bu qanun layihəsinin qəbulu, Azərbaycanın uşaq hüquqları sahəsində beynəlxalq öhdəliklərinə sadiqliyini nümayiş etdirəcək və uşaqların zorakılıqdan qorunması mexanizmlərini daha da təkmilləşdirəcək. Bu, gələcək nəsillərin rifahı üçün atılan mühüm bir addımdır.
Aprelin 22-də “Korrupsiya və qanun” qəzeti redaksiyasına “Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Vidadi küçəsi – 28 ünvanda yaşayan Həsənova Dəniz Eynulla qızı” kimi təqdim olunan vətəndaş zəng vuraraq evdə anası tərəfindən uzun müddətdir davamlı olaraq zorakılığa, şiddətə məruz qaldığını bildirmişdir. 2009-cu il təvəllüdlü yeniyetmə axılrıncı dəfə aprel ayının 2-də anasının onu oxlovla döydüyünü qeyd edir: “Axşam anam işdən evə gəldi. Aramızda mübahisə yarandı. Mübahisənin səbəbi çox adi şeylər olurdu: Məsələn, “niyə qabları yumamısan?” Anam məni oxlovla elə döydü ki, mən nəfəs ala bilmirdim, sağ tərəfimdən ciyərimi tutmuşam. Gördülər nəfəsim kəsilir, təcili tibbi yardım çağırmalı oildular. Gecə saat 23 radələrində təcili yardım ekipajı gəlib çıxdı. Həkimlər dedilər ki, xəsarət alan 3 saylı Sabunçu xəstəxanasına getməli, orara rentgendən keçməlidir. Anam dedi ki, lazım deyil. Bilirdi ki, xəstəxana polisə məlumat verəcək, o üzdən istəmədi, qorxdu. Təcili yardım həkimi anama təklif elədi ki,, o halda ərizə yazsın, övladının xəstəxanaya aparılmasını istəmir. Anam da yazdı. Həmin ara TTY həkimi mənim özümə də bildirdi ki, artıq 16 yaşın var, müstəqil surətdə ərizə ilə müraciət edə bilərsən”.
TTY ekipajı gedəndən sonra yeniyetmənin halı pisləşməkdə davam edib, axır ki, onu 3 saylı Sabunçu xəstəxaqnasına aparmalı olublar. Xəstəxanada onu KT müayinəsindən keçməsi üçün “Yeni Klinika”ya yönləndiriblər, çünki qabırğası sınmış və sümüklər daxili orqanları zədələmiş ola bilər. Yeniyetmə “Yeni Klinika”da olanda fürsət tapıb Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vurub, şikayətini edib. Bundan sonra onu və anasını ərazi aidiyyəti üzrə Xəzər rayon Polis İdarəsinə dəvət ediblər. Polis qızın anasının dilindən iltizamnamə alıb ki, bir daha övladını şiddətə məruz qoymayacaq.
Bununla belə yeniyetmə anasının verdiyi sözə əməl edəcəyinə inanmır və evə qayıtmaq istəmir, aidiyyəti qurumlardan onun uşaq sığınacağına yerləşdirilməsinə köməklik göstərilməsini xahiş edir.
Hadisələrin sonrakı gedişini araşdırıb sığınacağa yerləşdirilən yeniyetmənin izinə düşdük. Aprtelin 28-də baş çəkdiyimiz sığınacaqda öyrəndik ki, Dənizin səhhət durumu nəzarətə götürülüb, psixoloji vəziyyətinin stabilləşdirilməsi üçün gərəkən tədbirlər görülür. Sığınacağın rəhbəri Nigar xanım həmin gün Bakıda olmasa da, bizə görüşməyi tövsiyə etdiyi peşəkar psixoloqla təmasda olandan sonra Dənizə görə narahatçılığımız ötdü.
Polis təhqiqatçısı ilə telefon danışığımızdan çıxardığımız nəticə bu oldu ki, hüquq-mühafizə orqanının şikayət işi ilə məşğul olanm Natiq və Xəyalə adlı əməkdaşları yeniyetmənin anası ilə çox humanist davranıb, onun törətdiyi qəddar hərəkətə görə cızalandırılması üçün heç bir addım atmaq istəməyiblər. Üstəlik, onlar məsələnin mediaya sızmasından heç də məmnun deyillər.
Xuraman Quliyeva