Azərbaycan İdeyası

İcra məmuru valideynə olan aliment borcunu ödəməyən qıza niyə humanist yanaşır?

Tarix:Dünən, 14:30
Baxış Sayı:9

Bildiyiniz kimi, Ailə Məcəlləsinə əsasən uşaqların saxlanılması üçün uşaqlar hansı valideynin himayəsindədirsə, digər valideyn uşağının saxlanılması üçün aliment ödəməlidir. Lakin Ailə Məcəlləsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Bu barədə saziş yoxdursa, məhkəmə tərəfindən sabit pul məbləği təyin edilir. Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər.
Valideynlərə kömək göstərməkdən qəsdən boyun qaçırmağa görə, inzibati Xətalar Məcəlləsinə əsasən xəbərdarlıq edilir və ya müəyyən məbləğdə cərimə olunur.
Yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi İXM-nin 82-ci maddəsində, yetkinlik yaşına çatan övladların valideynlərinə görə əlavə xərclərdə iştirakı İXM-nin 83-cü, valideynlərə kömək göstərməkdən qəsdən boyun qaçırma isə həmin məcəllənin 190-cı maddəsində izah olunmuşdur.
Bizim həm azərbaycanlı, həm də müsəlman olaraq dəyər verdiyimiz əxlaq normalarına görə, övladın öz valideynini qayğısız qoyması bir ayıb, üstəlik, bu məsələnin məhkəmə predmetinə çevrilməsi ikinci ayıbdır.
Bakı şəhəri, Nərimanov rayonu, Fəxrəddin Əsədov küçəsi, ev 12, mənzil 70 ünvanda yaşayan, Nərimanov rayonu, Ə.Dəmirçizadə küçəsi, ev 19, mənzil 2 ünvanda yaşayan Kərimzadə Xədicə “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək, məhkəmə qərarı iklə ona aliment ödəməli olan, lakin aylıq aliment məbləğini ödəməkdən yayınan qızı Cavadova Lalə Xosrov qızından şikayətlənmişdir. Qayğıya möhtac olan ananın sözlərinə görə, aylardan bəri üst-üst yığılıb qalan alimentin toplam məbləğinin ödənilməsinə görə cinayət işi başlanılaraq Ədliyyə Nazirliyinə göndərilmişdir. Bundan sonra dəfələrlə Nazirliyin “qaynar xətti”nə zənglər etsə də, qəbula yazılmaq istəsə də, buna nail olmamış, qərarın icrasını tezləşdirə bilməmişdir. Yalnız 18.03.2026-cı il tarixdə ona zəng vurulub, Lalənin ünvanı, həyat yoldaşı Cavadov İntiqam Mütəllif oğlu barədə məlumatlar soruşulub. Xədicə Kərimzadə ona zəng etmiş İlyas adlı vəzifəli şəxsə bildirib ki, Lalənin alimenti ödəməyinə əri İntiqam və oğlu Sarvan təsir edərək yayındırırlar. Həmçinin həmin telefon söhbətində Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Emil Zeynalovun hərəkətsizliyindən şikayətlənib.
X.Kərimzadə qeyd edir ki, onun DİN-ə etdiyi 12.12.2025-ci il tarixli şikayətindən sonra Lalə Cavadova 24.12.2025-ci il tarixdə yaşadığı Sabirabad rayonunun Bulduq kəndindən polis tərəfindən məcburən gətirilərək, icra məmurlarına təhvil verilmişdir. Lakin icra məmuru bu faktı şikayətçidən gizlətmişdir. Bu isə, Xədicə xanıma şübhələnməyə əsas vermişdir ki, icra məmuru cavabdehlə əlbirdir.
Xədicə xanım xatırladır ki, aylıq 50 (əlli) manat təşkil edən aliment məbləğinin uzun müddət ödənilməməsindən yaranan 2260 (iki min iki yüz altmış) manat rəsmən təsdiqlənmiş borcdan başqa, o, qızına və kürəkəninə müxtəlif vaxtlarda, o cümlədən, oğulları Sarvan əsgər gedəndə 5000 (beş min) manat olmaqla, xeyli miqdarda (şikayətçinin sözlərinə görə, təxminən 10000 manat civarında) borclar vermişdir ki, Lalə və İntiqam həmin pulları da qaytarmırlar. Halbuki, İntiqamın Bulduq kəndində böyük həyəti, təsərrüfatı, heyvanları, toyuq-cücəsi, meyvə ağacları, çöldə pay torpaqları maşınları var. Özü kənd məktəbində biologiya müəllimi, oğlu Sarvan isə “Su sonası” restoranında işləyir.
Ərizədən oxuyuruq: “Laləyə toyundan sonra 1989-cu ildə ikiotaqlı mənzil almışdıq. Üç il əvvəl nədənsə həmin 44 kv.m-lik mənzili satıb, Nərimanov rayonu Təbriz küçəsində başqa ev alıblar. İndi həmin evdə oğlu Sarvan yaşayır. Aldıqları, qaytarmadıqları borclara görə halallıq verməmişəm, evimdə yaşayıb mənimlə düşmənçilik aparırlar. Açıq ürək əməliyyatı keçirsəm də, heç biri mənə yaxın gəlmədi. “Madeyra” və “Ege” hospitallarda müalicələr alsam da, hazırda yenə növbəti əməliyyata məruz qalmağım gözlənilir. Həmçinin, mədə yarasından da əziyyət çəkirəm. Odur ki, Ədliyyə Nazirliyindən xahiş edirəm ki, yalandan “pulum yoxdur” deyən Cavadova Lalə Xosrov qızına valideynləri (mənim və atasının) tərəfindən bağışlanan, sonradan satıb yenisini aldığı mənzil satdırılsın, mənə olan 2260 manat aliment borcu və oğlu Sarvan üçün aldığı 5000 manat borc ödətdirilsin. Həmçinin, üçüncü dəfə DİN tərəfindən tapılıb 18-ci Polis Bölməsi vasitəsilə Nərimanov rayon İcra və Probasiya Şöbəsinə təhvil verilməsini gizlədən, heç bir tədbir görmədən Lalə Cavadovanı aradan çıxaran, həm də mənə heç bir cavab verməyən icra məmuru Emil Zeynalov haqqında inzibati cəza tədbiri görülsün”.

Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Şuşada indiyədək bərpa olunan tarixi və dini abidələrin SAYI AÇIQLANDI
Şuşada indiyədək bərpa olunan tarixi və dini abidələrin SAYI AÇIQLANDI
Xankəndi şəhərinin baş planı hazırlanır
Xankəndi şəhərinin baş planı hazırlanır
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
"Real Madrid"də bir dövrün sonu: Əfsanəvi kapitan komanda ilə vidalaşır
"Real Madrid"də bir dövrün sonu: Əfsanəvi kapitan komanda ilə vidalaşır
Zimbabvenin vitse-prezidenti: "WUF-un inkişafı və siyasi iradənin gücləndirilməsi vacibdir"
Zimbabvenin vitse-prezidenti: "WUF-un inkişafı və siyasi iradənin gücləndirilməsi vacibdir"
"Sabah" "Lill"dən daha bir gənc futbolçunu transfer edir
"Sabah" "Lill"dən daha bir gənc futbolçunu transfer edir
Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək