Azərbaycan İdeyası

Vasif Talıbovdan AMEA-nın prezidentinə hədiyyə

Tarix:25-11-2015, 15:41
Baxış Sayı:482

 Vasif Talıbovdan AMEA-nın prezidentinə hədiyyə




Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb.
"Korrupsiya və Qanun" saytı bildirir ki AMEA-dan AzVision.az- a verilən xəbərə görə, ilk olaraq Vasif Talıbov AMEA-nın 70 illiyi münasibəti ilə Akademiya rəhbərliyini, üzvləri və bütün kollektivi təbrik edib. Azərbaycanda elmi cəmiyyətin inkişafında Akademiyanın müstəsna rolundan bəhs edən Naxçıvan MR-nın Ali Məclisinin sədri bu elmi qurumun cəmiyyətin sosial-iqtisadi tərəqqisinə böyük töhfələr verdiyini vurğulayıb.
Naxçıvan MR-da elm və təhsilin inkişafının, eləcə də elmi və ali təhsil müəssisələrində ixtisaslı kadrların hazırlanmasının daim diqqət mərkəzində olduğunu deyən Vasif Talıbov gənclərin elmə yiyələnmələri üçün bu müəssisələrin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunduğunu, elm və təhsil sahələrində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə elmi əlaqələrin yaradıldığını qeyd edib. Son illər Naxçıvan MR-nın bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən, qədim şəhər mədəniyyətinə malik olan Naxçıvanın bu günkü dinamik inkişafından, memarlıq sahəsində aparılan təmir-tikinti işlərindən bəhs edib.
Sonra Vasif Talıbov AMEA-nın Naxçıvan Bölməsində bir sıra beynəlxalq tədbirlərin keçirildiyini və bunun uğurlu nəticələri olduğunu diqqətə çatdırıb. O, həmçinin elmi əsərlərin qiymətləndirilməsi və alimlərin fəaliyyətinin stimullaşdırılması məqsədilə onların mükafatlandırıldığını, elm, mədəniyyət, ədəbiyyat və memarlıq sahələrinə dair ən dəyərli əsərlərin dövlət hesabına çap edildiyini söyləyib.
Daha sonra görüşdə AMEA Naxçıvan Bölməsinin Akademiyanın digər elmi müəssisələri ilə yeni elmi istiqamətlərdə əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib.
Akademik Akif Əlizadə, öz növbəsində Akademiyaya göstərdiyi xüsusi diqqətə görə Naxçıvan MR-nın Ali Məclisinin sədri Vasif Talıbova təşəkkürünü bildirib.
Sonda səmimi görüşə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Vasif Talıbov akademik Akif Əlizadəyə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibəti ilə hazırlanmış xatirə medalı hədiyyə edib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı