Azərbaycan İdeyası

Boğaz ağrısı və əzələ spazmı: Kondisionerdən düzgün istifadə etməməyin FƏSADLARI

Tarix:22-05-2026, 17:00
Baxış Sayı:7


İsti havada kondisionerdən düzgün istifadə edilməməsi burun axıntısı, boğaz və baş ağrıları ilə yanaşı, əzələ spazmlarına da səbəb ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı həkim-terapevt İvan Eryomenko RuNews24.ru nəşrinə müsahibəsində xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, yayda ən çox edilən səhvlərdən biri otağın həddindən artıq soyudulmasıdır. İvan Eryomenko otaqdakı temperaturla çöldəki hava şəraiti arasındakı fərqin 5-7 dərəcədən çox olmamasını, eyni zamanda otaq temperaturunun 22 dərəcədən aşağı salınmamasını tövsiyə edib.

Həkim qeyd edib ki, qəfil temperatur dəyişikliyi ürək-damar və tənəffüs sistemlərinə düşən yükü artırır. Bu isə baş ağrılarına və xroniki xəstəliklərin kəskinləşməsinə gətirib çıxarır.

Bundan əlavə, İvan Eryomenko soyuq hava axınının birbaşa üzə, boyuna, sinəyə, qollara və ya ayaqlara yönəldilməməsini məsləhət görüb. Onun sözlərinə görə, birbaşa soyuq hava selikli qişaların qıcıqlanmasına və əzələlərin tutulmasına (spazma) səbəb olur. Sərin havanın otaq boyunca bərabər paylanması və ya yuxarıya doğru yönəldilməsi daha yaxşı olar.

Həkim həmçinin diqqətə çatdırıb ki, kondisionerlər işləyərkən havanın rütubətini 20-30%-ə qədər azalda bilir. Otaqda rahat rütubət səviyyəsini (40-60%) saxlamaq üçün həkim xüsusi hava nəmləndiricilərindən və ya açıq su qablarından istifadə etməyi, eləcə də otağı müntəzəm havalandırmağı tövsiyə edib.

OXŞAR XƏBƏRLƏR
Milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
Milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Vilayət Eyvazov xaricdə təhsil alacaq polis kursantlarını qəbul edib
Vilayət Eyvazov xaricdə təhsil alacaq polis kursantlarını qəbul edib
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident icra başçısını vəzifəsindən azad etdi
Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44% olacaq"
Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44% olacaq"
Əli Əsədov: "Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır"
Əli Əsədov: "Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır"
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq