Azərbaycan İdeyası

Deputatın apteklərlə bağlı üsyanı: "Vəziyyət acınacaqlıdır"

Tarix:7-02-2017, 14:20
Baxış Sayı:452


  Deputatın apteklərlə bağlı üsyanı: "Vəziyyət acınacaqlıdır"
Millət vəkili Fazil Mustafa paytaxt apteklərində dərman preparatlarının qıtlığının yaranmasının şahidi olub.
Korrupsiya və Qanun saytı xəbər verir ki, o, aptekə dərman almağa girib və orada satıcı xanımların fəryad qopardığını qeyd edib:
“Deyirlər ki, “artıq iyirmi gündür ki, heç bir dərman deposu apteklərə Rusiya, Avropa istehsalı olan dərmanları vermir. Acınacaqlı durum yaranıb. İş o həddə çatıb ki, əhali bizi təhqir edir ki, niyə axtardığımız dərmanı vermirsiniz. Adi “Çitramon”, “Korvalol”, “Valeriana”, vitaminlər, heç nə yoxdur. Xahiş edirik, bizə kömək edin.
Başqa bir neçə aptekdə də eyni fəryadı eşidirəm. Qəbulda çox sayda insanlar adi əməliyyat üçün pul tapa bilmədiklərini söyləyirlər.”
Fazil Mustafa qeyd edib ki, icbari tibbi sığorta olmadığından minlərlə insan imkansızlıqdan öz müalicəsini təxirə salmalı olur:
“Vəziyyətin bu dərəcədə acınacaqlı olduğunu təsəvvürə gətirməzdim. Obyektiv səbəb dolların manatla mübadilə qiymətinin sabitləşməməsi ilə bağlı ola bilər. Ancaq burada inhisarçılıq amili də öz sözünü deyir. Bunun təcili bir yolu tapılmalıdır, dərman təchizatında ciddi dönüş yaradılmalıdır”.
Deputat insanların sağlamlığı ilə bağlı sahələrdə möhtəkirliyin genişlənməsinin çox faciəli nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova AzNews.az-a bildirib ki, ölkəyə gətirilən dərman preparatlarına Nazirlik cavabdeh deyil:
“Ölkəyə dərmanları biznesmenlər gətirir. Ona görə də bu məsələyə İqtisadi İnkişaf Nazirliyi cavab verməlidir.”

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda polkovnik qəfil öldü
Azərbaycanda polkovnik qəfil öldü
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
Bakıda futbol meydançasında meyit tapıldı
Bakıda futbol meydançasında meyit tapıldı
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Misirdə güclü zəlzələ baş verib
Misirdə güclü zəlzələ baş verib