Azərbaycan İdeyası

Əli Abbasov: "Beyin axınını Azərbaycanda saxlamaq vacib məsələdir"

Tarix:11-11-2015, 16:13
Baxış Sayı:419

Onlayn beyin axınının qarşısının alınması istiqamətində Azərbaycanda önəmli addımlar atılır.
"Korrupsiya və Qaqnun" qəzetinə istinadən Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov AMEA-nın 70 illik yubiley mərasimində "Azərbaycan elmi və yüksək texnologiyaların inkişafı" mövzusunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu gün ölkə başçısının həyata keçirdiyi siyasətin bir istiqaməti də intellektual insan resurslarının məşğulluğa cəlb olunmasıdır: "Bu, yeni bir formada həyata keçirilir. Cənab Prezident çıxışında qeyd etdiyi kimi, texnoparkların, güzəştli iqtisadi zonaların yaradılması, həm daxili, həm də xarici investorların sənaye potensialının gücləndirilməsinə yönələn investisiyalar bu siyasətin əsasını təşkil edir. Bu yanaşma, həmçinin investisiyaları genişləndirmək üçün yeni maliyyə resurslarının artırılması məqsədi daşıyır. Bu ümumi dövlət investisiyasından başqa, müxtəlif fondlar vasitəsilə innovativ texnoloji inkişaf üçün stimullaşdırma siyasəti yolu ilə reallaşdırılır".
Onun sözlərinə görə, intellektual mülkiyyətin qorunması, startapların yaradılması və bu istiqamətdə aparılan işlər buna əyani sübutdur: "Burada vacib məsələ formalaşan beyin axınını Azərbaycanda saxlamaqdır. Əsasən, bu gün beyin axınının yeni bir formasının - onlayn beyin axınının qarşısını almaqdır. Yəni internet üzərindən beyin axını. Artıq bir çox ölkələrdə təhlillər göstərir ki, hər bir mütəxəssis internet üzərindən digər ölkələrə öz əməyini daşıyır. Biliyi, ümumiyyətlə, satın almaq olar, burada patentlərin, ixtiraların və məqalələrin alınmasını nəzərdə tuturam. Amma bilik, intellekt daşıyıcısı olan insanı qorumaq ən vacib şərtdir ki, bu istiqamətdə də önəmli addımlar atılır".

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı