Azərbaycan İdeyası

Vatikanda erməni terrorunun qurbanına görə "Quran" oxundu - VİDEO

Tarix:15-06-2016, 18:19
Baxış Sayı:585

Vatikanda erməni terrorunun qurbanına görə "Quran" oxundu - VİDEO
Xristian dininin mərkəzlərindən hesab edilən Vatikanda "Quran"ın "Əli İmran", "İsra" və "Yasin" surələri oxunub.

Qaynarinfo.az Türkiyənin "Axşam" qəzetinə istinadən xəbər verir ki, Romadakı Vatikana aid dəbdəbəli saray – Renesans dönəmində inşa olunmuş Kanselleriyada ASALA terror təşkilatı tərəfindən 1977-ci ildə qətlə yetirilən Türkiyənin Vatikandakı səfiri, türk diplomat Taha Carım anılıb.

Anım "Quran"dan surələrin oxunması ilə başlayıb. Daha sonra qonaqlar üçün iftar süfrəsi açılıb. Mərasimə həm Türkiyə, həm də İtaliyanın dövlət rəsmiləri, din xadimləri qatılıblar.

Freskalarla bəzədilən salon Vatikan və Türkiyə bayraqları ilə bəzədilib. Anım erməni terroru qurbanının xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb.

Səfir Mehmet Paçacı sələfi olan Taha Carımın 9 iyun 1977-ci ildə erməni terror təşkilatı olan ASALA tərəfindən iqamətgahı önündə qətlə yetirildiyini deyib. Hadisədən 3 gün sonra o zamankı Papa VI Pavel Müqəddəs Pyotr meydanında hücumu pisləyən açıqlama verib.

Səfir jurnalistlərə açıqlamasında şəhid olan diplomatın anım mərasiminin Ramazan ayına təsadüf etdiyi üçün iftar verdiklərini deyib.

Qeyd edək ki, qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində Roma Papasının “soyqırım” haqqında dedikləri Vatikanla Türkiyə münasibətlərinin pozulmasına səbəb olmuşdu. Lakin bundan 10 ay sonra erməni terrorunun qurbanı olan diplomat Vatikan tərəfindən anılmışdı. Bu hadisədən sonra Türkiyə tərəfi diplomatik münasibətləri düzəltmək qərarına gəlmişdi. Ötən ilin aprelin 12-də Vatikandan geri çağırılan səfir Mehmet Paçacı da vəzifəsinin başına geri qaytarılmışdı.

Onu da bildirək ki, ASALA terror təşkilatları müxtəlif illərdə (1970-80) Avropa şəhərlərində onlarla türk diplomatını qətlə yetirib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı