Azərbaycan İdeyası

İsa Əzizov dərsə getmirmiş...

Tarix:29-01-2016, 15:23
Baxış Sayı:376

İsa Əzizov dərsə getmirmiş...




Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) Bakıda dava salmaqla gündəmə gələn İsa Əzizovla bağlı açıqlama verilib.
Universitetdən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, İ. Əzivov UNEC-in Maliyyə və mühasibat fakültəsinin II kurs tələbəsidir.
“Tədrisin təşkili qaydalarına uyğun olaraq, tələbə dərsə davam edə bilir və növbəti kursa keçir. Gəlmədiyi dərslər qayb yazılıb. Davamiyyət limitini keçdiyinə görə avtomativ olaraq imtahana buraxılmayıb və kəsr yaranıb. Tələbə kəsr olan davamlı fənlərə növbəti semestrdə buraxılmayacaq”-deyə universitetdən bildirilib.
Qeyd edilib ki, İsa Əzizovun dərsə davamiyyəti və semestr nəticələri "0" olduğu üçün qış imtahan sessiyasındakı heç bir imtahana buraxılmayıb.
Xatırladaq ki, yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanılıblar. Nəsimi rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə İsa Əzizov və Mahir İsgəndərov barələrində 30 sutka inzibati həbs qərarı çıxarılıb. Təqsirləndirilən şəxslərdən İ. Əzizov məhkəmə qərarından apellyasiya şikayəti verib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı