Azərbaycan İdeyası

Acarıstanın nüfuzlu qəzetində Azərbaycanla bağlı xüsusi buraxılış

Tarix:29-01-2016, 16:35
Baxış Sayı:313



Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşəbbüsü ilə Acarıstan Muxtar Respublikasının nüfuzlu “Adjara P.S.” qəzetində Azərbaycanla bağlı “Yol və körpü vasitəsilə dostluq” adlı xüsusi buraxılış dərc edilib.
"Korrupsiya və Qanun" saytı Lent.az-a istinadən məlumatına görə, qəzetin xüsusi buraxılışının ilk nömrəsində Davos İqtisadi Forumunun rəsmi saytında çıxan prezident İlham Əliyevin “Azərbaycan iqtisadiyyatının gələcəyi” mövzusunda məqaləsi gürcü dilində yerləşdirilib. Həmçinin, qəzetin xüsusi buraxılışında Azərbaycan xalqının mədəni ənənələrindən, Azərbaycan ədəbiyyatının və tarixinin təbliği, o cümlədən, turizmin inkişafı sahələri haqqında geniş məlumat verilib.
“Yol və körpü vasitəsilə dostluq” adlı xüsusi buraxılışın dərc edilməsinin əsas məqsədi Azərbaycan və Gürcüstan arasında mövcud mədəni və iqtisadi əlaqələri təşviq edilməsi, vaxtaşırı olaraq Azərbaycanın tarixi məlumatlarının oxuculara təqdim edilməsi, Gürcüstanla geniş dostluq əlaqələri, eləcədə, müxtəlif sahələrdə əldə edilmiş bir çox nailiyyətlər barədə məlumatların dərc edilməsidir. Bununla da, Gürcüstanda eləcə də Acariyada yaşayan Azərbaycanlıların mədəniyyəti, adət - ənənələri, maraqlarını və onların gürcü əhalisi ilə yaşayış tərzini geniş formada təqdim edilməsi, ayda 1 dəfə olaraq, qəzetin xüsusi buraxılışı vasitəsilə geniş oxucu kütləsinə təqdim olunacaq. Əlavə olaraq, həmin bu nəşr vasitəsilə oxuculara Azərbaycanın Batumidəki Baş Konsulluğunun fəaliyyəti ilə yaxından tanış olmaq imkanı da yaradılacaq.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı