Azərbaycan İdeyası

Azərbaycan gilasları Rusiyaya buraxılmadı

Tarix:16-06-2016, 21:56
Baxış Sayı:451

 Azərbaycan gilasları Rusiyaya buraxılmadı
“Rosselxoznadzor” saxlanılan Azərbaycan məhsullarının zəhərli olduğunu iddia edir.
Rosselxoznadzor” Federal Xidməti Azərbaycandan Rusiyaya keçən gilasları buraxmayıb.

ANS PRESS-in məlumatına görə, qurum iddia edir ki, saxlanılan məhsullar zəhərlidir.

Federal Xidmətin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycandan Rusiya Federasiyasına daxil olan Dağıstan Respublikasına 45 kiloqram gilas keçməli imiş. Lakin "Yaraq-Kazmalyar" buraxılış məntəqəsində gilaslarda qurd aşkar edildiyindən, onlar Rusiyaya buraxılmayıb.
“Rosselxoznadzor”un Dağıstan bölməsinin məlumatında deyilir ki, meyvəni ölkəyə gətirən sahibkar Rusiya Federasiyasının cinayət məcəlləsinin "Karantin məhsulların siyahısında idxal və ixrac qaydalarını pozması" maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub.
Bundan əvvəl də bu ilin martında “Rosselxoznadzor” Ermənistandan və Azərbaycandan gələn meyvə-tərəvəzlərin artmasına görə narahat idi. Adıçəkilən idarə Rusiyada Azərbaycan səfirliyinin ticarət məsələləri üzrə məsləhətçisi Şövqi Mehdizadə və Ermənistanın ticarət üzrə nümayəndəsi Karen Asoyanla telekonfrans keçirib.

Şövqi Mehdizadə bildirib ki, Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracının artmış həcmi Rusiya bazarında əvvəllər həmin yeri tutmuş Türkiyə məhsullarının yerinə Azərbaycandan əlavə məhsulların cəlb olunması ilə bağlıdır. Ticarət məsələləri üzrə məsləhətçi həmçinin qeyd edib ki, onlar yoxlamalar üçün "Rosselxoznadzor" nümayəndə heyətini qəbul etməyə hazırdırlar.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı