Azərbaycan İdeyası

İxtirası sayəsində illərdir işlətdiyi elektrik enerjisinə pul ödəmir

Tarix:29-05-2016, 16:49
Baxış Sayı:474

Müasir dövrdə elektrik enerjisindən pulsuz istifadəni düşünmək çətindir. Amma Tovuzda yaşayan Arif İsgəndərov özünə məxsus fermada illərdir sərf olunan enerjiyə pul ödəmir. Səbəb isə özünün ixtira etdiyi qurğudur.

Kəpəz TV (Region TV) xəbər verir ki, Tovuzun Düzqırıqlı kənd sakini, 55 yaşlı Arif İsgəndərov yaşadığı kənddən Ceyrançöl adlanan əraziyə elektrik enerjisi çəkməyin mümkün olmadığını gördükdə, maraqlı ixtira edib.

Müxtəlif texnikaların hissələrini toplayaraq iri pər düzəldən fermer, Kür çayına axan su vasitəsilə onu işə salıb. Sürətlə fırlanan pər kəndlinin arzusunu reallaşdırıb.

Arif İsgəndərov sudan alınan elektrik enerjisi vasitəsilə fermanın işıqlanmasını təmin edir, soyuducu və televizoru işə sala bilir. Kənd sakininin sözlərinə görə, qurğunu bir qədər də təkmilləşdirib daha çox enerji əldə etmək olar.
 İxtirası sayəsində illərdir işlətdiyi elektrik enerjisinə pul ödəmir
 İxtirası sayəsində illərdir işlətdiyi elektrik enerjisinə pul ödəmir
 İxtirası sayəsində illərdir işlətdiyi elektrik enerjisinə pul ödəmir
 İxtirası sayəsində illərdir işlətdiyi elektrik enerjisinə pul ödəmir

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı