Azərbaycan İdeyası

Qızılla fala baxan keçmiş məhbusun inanılmaz fırıldaqlığı - Video

Tarix:5-08-2016, 10:10
Baxış Sayı:340

Qızılla fala baxan keçmiş məhbusun inanılmaz fırıldaqlığı - Video
Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları respublikanın ayrı-ayrı rayonlarında falçılıq yolu ilə vətəndaşları qarət edən şəxsi saxlayıb. APA TV-nin məlumatına görə, vətəndaşların şikayəti əsasında əməliyyat keçirən bölmə əməkdaşları əslən Lənkəran rayonundan olan 1975-ci il təvəllüdlü Səfərov Mikayıl Ağəli oğlunu qarət yolu ilə əldə etdiyi qızıl-zinət əşyalarını satarkən saxlayıb.

Polis bölməsinə gətirilən M.Səfərov cinayətini etiraf edib. İlkin ifadəsi zamanı o bildirib ki, respublikanın bir çox rayonunda kirayə ev axtarmaq adı ilə getdiyi evlərdə özünü falçı kimi təqdim edərək qızılla fala baxdığını bildirib: "Rayonları gəzib kirayə ev axtarırdım. Ev tapanda özümü falçı kimi təqdim edərək xidmətlərimi təklif edirdim. Razı olanlardan fala baxmaq üçün qızıl lazım olduğunu deyirdim. Qızıl versələr onu boşqabda suyun içinə atıb üstünə ərinmiş şam tökürdüm. Sonra fala baxdıran otaqdan çıxdıe tez şamı qoparıb içindəki qızılları götürürdüm. Sonra tapşırırdım ki, bu bir-iki gün qalmalıdır. Əl vurmayın, sonra açıb qızıllarınızı götürərsiniz".

Ona yaxın vətəndaşı bu yolla aldadıb qarət etdiyini deyən M.Səfərov iki dəfə oğurluğa görə üst-üstə 14 il məhkumluq həyatı yaşadığını, falçılığı isə həbsdə olarkən oxuduğu kitabdan öyrəndiyini deyib. Mikayıl Səfərovun cinayət əməlindən zərərçəkən Səkinə Quliyevanın sözlərinə görə, M.Səfərov Anar adı ilə evinə gələrək əvvəlcə ev axtardığını sonra falçı olduğunu deyib.

Onun sözlərinə görə, azyaşlı xəstə nəvəsini sağaldacağını deyən falçı ona verilən qızılın az olduğunu deyəndən sonra evdə olan bütün qızılları gətirib ona vermək məcburiyyətində qalıb: "Hadisədən iki gün sonra qızılların olmadığından xəbər tutduq. Dərhal polisə məlumat verdik".

Hazırda faktla bağlı araşdırma davam etdirilir. Qeyd olunan şəxsin cinayət əməlindən zərərçəkənlərdən xahiş olunur ki, 18-ci polis bölməsinin 012 490 88 26 telefon nömrəsinə zəng vuraraq məlumat versinlər.
Qızılla fala baxan keçmiş məhbusun inanılmaz fırıldaqlığı - Video
Qızılla fala baxan keçmiş məhbusun inanılmaz fırıldaqlığı - Video

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib