Azərbaycan İdeyası

Bakı yollarında yeni qadağalar - FOTOLAR

Tarix:11-08-2016, 12:08
Baxış Sayı:418

Bakı yollarında yeni qadağalar - FOTOLAR
Bakının Azadlıq prospektində avtonəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edilib.

"Azəravtoyol" ASC-dən Qaynarinfo.Az-a bildiriblər ki, dəyişikliyə görə, avtonəqliyyat vasitələrinin prospektdən sağa Cəfər Xəndan küçəsinə işıqfordan dönmək qadağan olunub. Bunun əvəzinə sürücülərin kəsişməyə çatmamış köməkçi yoldan istifadə edərək maneəsiz saga doğru hərəkət etmələri üçün şərait yaradılıb. Cəfər Xəndan küçəsinə doğru rahat hərəkəti təmin etmək üçün köməkçi yolda genişləndirmə işləri aparılıb, asfalt-beton örtüyü yenilənib.

Tətbiq olunan daha bir dəyişiklik isə müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobuslar üçündür. Belə ki, avtobusların ümumi hərəkətə maneə yaratmadan hərəkətini təmin etmək, bununla da sıxlığı aradan qaldırmaq üçün onların Cəfər Xəndan küçəsi ilə kəsişməsindən prospektin əsas yolu ilə Süleyman Sani Axundov küçəsi ilə kəsişməyə, metronun "Azadlıq" stansiyasına doğru hərəkətinə qadağa qoyulub. Artıq onların hərəkəti köməkçi yola yönəldilib. Avtobuslar da Cəfər Xəndan küçəsi ilə kəsişməyə çatmamış köməkçi yola daxil olurlar. Daha sonra kəsişməni keçərək yan yolla hərəkətlərinə davam edə bilirlər. Bunun üçün sözügedən ərazidə təmir işləri aparılıb, əlavə "cib"li avtobus dayanacaqları inşa edilib, zəruri olan yerlərdə yol nişanları və Cəfər Xəndan küçəsi ilə kəsişməyə əlavə işıqforlar quraşdırılıb.

Sərnişin avtobuslarının və digər avtonəqliyyat vasitələrinin prospektin yan yolundan Məsud Davudoğlu küçəsinə, 6-cı mkr. istiqamətinə keçidini təmin etmək üçün əsas yola doğru yeni hissə açılıb. Yeni yol hissəsindən Məsud Davudoğlu küçəsinə keçid işıqforlarla tənzimlənir.

Süleyman Sani Axundov küçəsinə doğru irəliləyən avtobuslar isə sözügedən küçə ilə kəsişmədə yaradılan xüsusi dayanacaqlı hissəyə daxil olduqdan sonra M.Ə.Rəsulzadə qəsəbəsinə doğru prospekt boyunca hərəkətlərinə davam edə biləcəklər. Sözügedən küçə ilə prospektə doğru hərəkətdə olan avtonəqliyyat vasitələri üçün geri dönməni təmin etmək məqsədi ilə yeni yol hissəsi də salınıb.

Əks istiqamətdən gələn ictimai nəqliyyat üçün də sözügedən kəsişmədə xüsusi dayanacaqlı hissə yaradılıb. Bura daxil olan avtobusların hərəkəti müəyyən bir məsafədə köməkçi yolla yönəldilib. Daha sonra avtobuslar prospektin əsas yoluna çıxaraq hərəkətlərinə davam edə bilirlər.

Qeyd edilir ki, "Azəravtoyol" ASC tərəfindən edilən dəyişikliklər prospektin sözügedən hissəsində sıxlığın aradan qaldırılmasına müsbət təsir etmiş olacaq.
Bakı yollarında yeni qadağalar - FOTOLAR
Bakı yollarında yeni qadağalar - FOTOLAR
Bakı yollarında yeni qadağalar - FOTOLAR
Bakı yollarında yeni qadağalar - FOTOLAR
Bakı yollarında yeni qadağalar - FOTOLAR
Bakı yollarında yeni qadağalar - FOTOLAR
Bakı yollarında yeni qadağalar - FOTOLAR

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib