Azərbaycan İdeyası

''Uşaqları nə ilə məktəbə yola salım?'' - Şəhid tankçının xanımı

Tarix:15-08-2016, 12:07
Baxış Sayı:330

''Uşaqları nə ilə məktəbə yola salım?'' - Şəhid tankçının xanımı
Aprel döyüşlərində səhid olan Rahim Tağıyevin həyat yoldaşı ailə vəziyyətinin necə ağır və dözlüməz olduğundan yazır. Criminal.az xəbər verir ki, şəhidin həyat yoldaşı Vüsalə Tağıyeva sənədləşdirmə işində çətinlikləri var: ''Qeydiyyatım Mingəçevirədir, yoldaşımın qeydiyyatı Şəkiyədir. Xəstə olduğuma görə tez-tez maşın tutub Şəkiyə gedə bilmirəm. Mənim o qədər pulum da yoxdu ki, yollara pul töküm. Mən heç bir sənəd ala bilməmişəm. Mingəcevir İcra Hakimiyyətinə gedirəm deyirlər get Şəkiyə, Şəki İcra Hakimiyyətinə gedirəm deyirlər "get Bakıya" . Mən yollarda qalmışam. Mən yasımla məşğul olum, yoxsa yollarda can çürürdüm. Bir nəfər gəlsin maraqlansın Rahim rəhmətə gedəndən sonra üstümə neçə dəfə Təcili Yardım gəlib. Bəs mən insan deyiləm? Dərdimi kimə deyim? Dövlətin bir adam yoxdurmu ki, mənimlə maraqlansın?''

V.Tağıyeva şəhid ailəsinə olan diqqətsizlikdən də şikayətlənib: ''Təkbaşına 3 uşağa baxıram. Müdafiə Nazirliyi niyə şəhidi ilə maraqlanmır? Niyə maraqlanmırlar? Məktəb açılır, mən bu uşaqlara heç nə almamışam. Mən bu uşaqları nə ilə məktəbə yola salım? Atam yox, qardaşım yox. Təkbaşına, pulsuz 3 uşaqla Bakıya necə getməliyəm? O gün mənə həkimdən mənə dərman yazıblar, ala bilməmişəm. Niyə bizim ailə ilə maraqlanan yoxdur? Bu gün mən 3 uşağa tək başına necə baxım???? Rahim sağ olsaydı özü öz balalarına baxacaqdı. Mən neyləyim? Mən xəstəyəm, Şəkiyə getmişəm halım dəyişib, yoldaşımın qəbri üstünə gedirəm halım pisləşir. Qalmışam iki rayonun arasında''.

Xatırladaq ki, Rahim Tağıyev aprel döyüşlərində ağır yara almışdı, 3 aylıq həyat mücadələsindən sonra dünyasını dəyişmişdi.
''Uşaqları nə ilə məktəbə yola salım?'' - Şəhid tankçının xanımı
''Uşaqları nə ilə məktəbə yola salım?'' - Şəhid tankçının xanımı
''Uşaqları nə ilə məktəbə yola salım?'' - Şəhid tankçının xanımı

OXŞAR XƏBƏRLƏR
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib