Azərbaycan İdeyası

NİDA-çı gənc 4 aylıq həbs edildi

Tarix:16-08-2016, 11:03
Baxış Sayı:333

NİDA-çı gənc 4 aylıq həbs edildi
NİDA Gənclər Hərəkatının üzvü Elgiz Qəhrəmandan 4 gündür ki, xəbər yoxdur. Onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində - “Bandotdel”də saxlandığı bildirilir.

NİDA-dan verilən xəbərə görə Elgiz Qəhramanı avqustun 12-də naməlum şəxslər yaxın dostu ilə birgə saxlayıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Onun dostu bir saatdan sonra buraxılıb. NİDA-çı gənci isə idarədə saxlayıblar. Ailə üzvləri istəmədiyindən onun saxlanması xəbəri indiyədək ictimailəşdirilməyib. NİDA-dan deyildiyinə görə, idarədən ailəsinə bilgi veriləcəyi bildirilsə də, indiyədək Elgiz Qəhrəmandan xəbər yoxdur.

Ailə üzvləri Daxili İşlər Nazirliyinin 102 xidmətinə də müraciət edib, ancaq yenə də məlumat verilməyib. NİDA hərəkatı həmçinin, E.Qəhrəmanın Fətullah Gülən tərəfdarı olması haqda avqustun 15-də bəzi media orqanlarında yayılan xəbərləri də təkzib edib.

Hərəkatdan deyiblər ki, “E.Qəhrəman ictimai-siyasi fəal olaraq hər zaman “gülənçilərin” əleyhdarı olub. Onun “gülənçilərə” bağlanması şərləmədən başqa bir şey deyil”.

Nərimanov rayon məhkəməsi NİDA-çı Elgiz Qəhrəman barəsində 234.4.3 maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib. Qaynarinfo.Az xəbər verir ki, bu barədə məlumatı onun yaxınları yayıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı