Azərbaycan İdeyası

Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni prezidenti seçilib

Tarix:19-06-2026, 14:30
Baxış Sayı:8


"AmCham Azərbaycan"ın 17 iyun 2026-cı il tarixində keçirilən illik ümumi yığıncağı çərçivəsində palatanın üzvləri tərəfindən 2026-2028-ci fəaliyyət dövrü üzrə yeni prezident və idarə heyəti seçilib. Səsvermənin nəticələrinə əsasən, "Deloitte" şirkətinin idarəedici partnyoru Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni prezidenti seçilib.

Nuran Kərimovun rəhbərliyi altında fəaliyyət göstərəcək yeni idarə heyəti növbəti iki il ərzində "AmCham Azərbaycan"ın ölkədə əlverişli biznes və investisiya mühitinin təşviqi, dövlət-özəl sektor dialoqunun gücləndirilməsi, biznes ictimaiyyətinin maraqlarının müdafiəsi, eləcə də Azərbaycan və ABŞ arasında ticarət, investisiya və iqtisadi əməkdaşlığın inkişafına töhfə vermək istiqamətində fəaliyyətini davam etdirəcək.

Nuran Kərimov, 2003-cü ildə "Deloitte"a qoşularaq şirkətin Azərbaycandakı vergi praktikasının əsasını qoyub. O, peşəkar fəaliyyətinin böyük hissəsini yerli və beynəlxalq vergi məsələləri sahəsinə həsr edib. N.Kərimov müxtəlif vergi və biznes məsələləri üzrə həm beynəlxalq, həm də Azərbaycan şirkətlərinə, eləcə də fərdi müştərilərə məsləhət xidmətləri göstərilməsi sahəsində geniş təcrübəyə malikdir.

"Deloitte"a qoşulmazdan əvvəl Nuran Kərimov Azərbaycanda fəaliyyət göstərən bir sıra təşkilatlarda hüquq və vergi sahələri üzrə peşəkar kimi çalışıb. O, 2008-ci ildə partnyor, 2011-ci ildə isə pay sahibi partnyoru (Equity Partner) səviyyəsinə yüksəlib. Nuran Kərimov ABŞ-ın Corciya Universitetinin Hüquq Magistri (LL.M.) dərəcəsinə, həmçinin Rusiyanın Voronej Dövlət Universitetinin Hüquq üzrə bakalavr dərəcəsinə malikdir.

Qeyd edək ki, Nuran Kərimov "AmCham Azərbaycan"ın idarə heyətinin üzvü və prezidenti kimi fəaliyyət göstərdiyi dövrlərdə uğurlu və səmərəli rəhbərlik təcrübəsi nümayiş etdirib və təşkilatın inkişafına mühüm töhfələr verib.

Nuran Kərimov ailəlidir, bir qızı və iki oğlu var.

"AmCham Azərbaycan" haqqında

Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azərbaycan") ölkənin aparıcı biznes assosiasiyası olaraq iqtisadiyyatın bütün sektorlarını təmsil edən 280-dən çox üzv şirkət və təşkilatı bir araya gətirir. Palata biznes mühitinin təkmilləşdirilməsi istiqamətində təşəbbüslər, konstruktiv dialoq və strateji əməkdaşlıq vasitəsilə biznes ictimaiyyəti, dövlət qurumları və beynəlxalq tərəfdaşlar arasında etibarlı platforma rolunu oynayaraq Azərbaycanın biznes mühitinin daha da inkişafına töhfə verir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?