Azərbaycan İdeyası

Uçmuş divar

Tarix:25-08-2016, 11:22
Baxış Sayı:349

Uçmuş divar
O divarın arxasında 15 yaşlı qızın çarpayısı da var, göyə uçan arzuları da..

Bu yazını yazmağı heç istəməzdim. Ən birinci ona görə ki, həmişə doğulduğum kəndin yaxşı cəhətlərini görmək və göstərmək istəmişəm. İkincisi, müzakirə predmeti həlli çox da çətin olmayan bir məsələdirsə, onun ictimailəşməsindən də çox sakitcə həllinin tərəfdarı olmuşam. Amma bu dəfə bunların heç biri alınmadı və mən məcburən yazmalı oldum...

Mətanət bizim kəndə mən tələbə olanda gəlin gəlib. 2000-ci ildə. Əri Şirin içki düşkünü idi. Əvvəlki arvadı rəhmətə gedəndən sonra qonşu kənddən Mətanəti alıb gətirib və Mətanət də Şirinlə yaxın bir ilədək zəhər kimi acı bir həyat yaşayıb. Detallarına varmayacam, necə deyərlər eldən ayıbdır. Hər şeyi Mətanətin bu bir cümləsi ifadə edir.

Sitat: Düz bir il əsgərlərin (kənddəki hərbi hissənin əsgərləri nəzərdə tutulur) pal-paltarını yudum, pulsuz-parasız, bircə məqsədim vardı. Onlardan silah yerini öyrənim, əlimə bir silah alıb mənə pislik edənləri bir-bir öldürüm."

Yəqin ki, onun öldürmək istədiklərinin arasında əri də vardı, qohumları da.Təbii ki, o silah ələ keçirə bilmədi, ər öz əcəli ilə öldü, qohumlar isə Mətanət üçün mənən ölüdürlər. Çünki, o bu uçuq divarlar arasında düz 15 ildir ki, bir qız böyüdür və heç bir qohumun maddi və mənəvi dəstəyini bu illər ərzində görməyib. Kənd camaatı əl tutub bu qadına. İçi mənim ailəm qarışıq hər kəs qulpundan çıxanı verib ki, yetimini saxlaya bilsin. Amma indi onun problemi daha ciddidir. Evi qəzalı vəziyyətdədir, damı başına uçur və bu ailənin yeganə gəliri mərhum ərinin yetkinlik yaşına çatmayan qızına verilən pensiyasıdır. Cəmi 145 manat.
Uçmuş divar
Şəkillərdən görürsüz, uçuq divarın arasından süzülən işıq bir ana ilə bir balanın həyatını zülmətə qərq edib. Mən o mənzərəni görəndə dəhşətə gəldim. Bu uçuq divarın o tayındakı çarpayıda 15 yaşlı qız yatır. Onun ürəyində yatan arzuları isə hər bir normal qızın arzularıdır! O da təhsil almaq, ailə qurmaq, gəlin köçmək ustəyir. Amma hardan? Bu evdənmi? Kim bu evə elçi gəlib qız istəyər? Azərbaycan reallığında heç kim! Bu sökük divarın dalındakı yataqda uyuyan qızcığaz öz məhrəm hisslərini sanki hər kəsə faş eləmiş durumdadır. Onun yazı gənc ikən qışa dönüb. Qış isə sözün əsl mənadında qapıdadır.

Ana- Mətanət başını itirib, bir neçə dəfə rayon mərkəzinə gedib, kömək istəyib. Ona deyiblər ki, get, kəndin varlı kişiləri sənə kömək etsin. Kəndin varlı kişilərindən biri onun yaxın qohumudur. Kənd bələdiyyəsinin sədri Maarif müəllim mərhum əri Şirinin əmioğlusudur. Deyib kömək edə bilmərəm. İcra nümayəndəsi də heç nə edə bilməyəcəyini deyib.

Əli yerdən də, göydən də üzülən Mətanət eşidib ki, mən kənddəyəm, durub gəlib bizə. Düşünürəm ki, düz edib. Bizim peşəmiz elə bir peşədir ki, laqeyd qala bilmərik. Mən də laqeyd qala bilmədim. Əvvəlcə evə baş çəkdim. Düşündüm ki, bəlkə hansısa kömək edə bilərəm. Amma gördüm yox, bu bir nəfərin deyil, bir təşkilatın görəcəyi işdir. Zəng vurdim bələdiyyəyə, sədr dedi ki, onlar mənim can-ciyarlarımdır, gəlib mənim evimdə yaşasınlar, amma mən onlara ev tikə bilmərəm. Çünki, kənd camaatının bələdiyyəyə 40 min manat borcu var. Onlar pulu vermir, bələdiyyənin büdcəsi isə bom-boşdur. Düzdür, sədrdən daha sorruşmadım ki, büdcə boşdursa, bələdiyyə sədri olmaq xeyirdən çox ziyan verirsə, o zaman hər seçkidə qutudan niyə məhz Maarif müəllim çıxır? Bəyəm bu kəndin qeyri maarifpərvərləri yoxdumu? Nə isə...

Məsələni sosial şəbəkəyə də ona görə daşıdım ki, bəlkə kimsə və yaxud kimlərsə bu ailəyə kömək etmək istiyər. Şəxsən mən bu aksiyanın önündə olacam. Gücüm çatan köməkliyi edəcəm. Mətanətdə mətanət qalmayıb, o illərin yorğunudur, əri içmək istəyəndə həyətdəki toyuqları qoltuğuna vurub ərki çatan ailənin üstünə yüyürüb ki, bu toyuğu al və mənə araq pulu ver, yoxsa kişi başımı kəsəcək. Yəni, o həyatın ən dəhşətli üzünü görüb, bu uçuq dam onun yaşadıqlarının yanında əslində heç nədir. Onun qorxusu sadəcə qızındandır. Balasını bu cəhənnəm əzabından qurtarmaq istəyir. Gəlin ona bu işdə kömək edək.

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq